Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə yeni qəbul planı hazırlayıb
Tarix: 30.10.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisənin fəaliyyətinin səmərəliliyi kadrlara əmək bazarında olan tələbatla ölçülür ki, bu da təhsil müəssisələrinin öz fəaliyyətlərinin şaxələndirilməsini, təhsil sistemində məzunlar tərəfindən alınan biliklərin iş təcrübəsində tətbiqinə yönəlmiş tədris planları tələb edir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qarşıda duran məqsədlər ötən il imzalanmış Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında əksini tapıb: “Bu tədris ili üçün Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə hazırlanan qəbul planının tərtibatında ötən illərdə olduğu kimi mövcud bazadan çıxış edərək təklifini deyil, əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatlarını öyrənərək yeni qəbul planı hazırlayıb. İlk dəfə olaraq çalışmışıq ki, Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək, iqtisadi inkişaf proqramından, iqtisadi inkişafdan irəli gələrək qəbul planı ehtiyaclara uyğunlaşdırılsın. Hər bir ilk dəfə həyata keçirilən iş kimi bu iş də qeyri-mükəmməl ola bilər. Biz ildən-ilə bu işin genişləndirilməsini edə bilərik”. Nazir qeyd edib ki, mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər: “Təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən tədris prosesində onların qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, tədris prosesində əldə edilən biliklər məzunlar tərəfindən işəgötürənlərə lazım olan şəkildə tətbiq edilə bilsin. Bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir. Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır, ali və orta ixtisas təhsili pilləsində də tətbiq olunacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info