Diaspor nümayəndələri AMEA-da olublar
Tarix: 30.10.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası və Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbər qadın üzvləri: Stavropol “Odlar Yurdu” Cəmiyyətinin Qadınlar Şurasının sədri Bəsti Mütəllimova, Simferopol “Vətən” konqresinin gənclər və qadınlarla iş üzrə departamentinin sədri Arifə Muxtarova və Xarkov şəhərindəki Azərbaycan diaspor təşkilatının “Aynur Xatun” Qadınlar Şurasının sədri Kifayət Cəfərova Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. İnstitutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli gələn qonaqları qəbul ediblər. F.ü.e. dok. Paşa Kərimov qadın fəallarımıza institutda saxlanan qədim türkdilli, farsdilli, ərəbdilli əlyazmaların necə toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verib.
F.ü.e. dok. Aybəniz Əliyeva-Kəngərli elm və mədəniyyət xadimlərinin yaradıcılığına aid biblioqrafik məlumatların toplanması, oxucu kataloq-kartotekasının tətbiqi, nizama salınması, yenilənməsi və digər məsələlər haqqında ətraflı məlumat verdi və qonaqlara yeni çap olunmuş iki cildlik “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” elmi-biblioqrafik göstəricisini hədiyyə etdi.
Sonda qonaqlar institutun əməkdaşları ilə görüşərək fikir mübadilələri də aparıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info