“Azərbaycanda dövlət gənclər siyasəti daim inkişafdadır”
Tarix: 30.10.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Azərbaycanda dövlət gənclər siyasəti daim inkişafdadır”. Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, bu gün paytaxt Bakı ölkəyə gələn bütün xarici qonaqların evinə çevrilib: “Çünki, Bakıda çox əhəmiyyətli və mötəbər tədbirlər bir-birini əvəz edir. Bunlardan biri də, hazırda Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumdur. Bu forumun Azərbaycanda keçirilməsi uzun zamandır gözlənilirdi. Demək olar ki, Azərbaycanda bu gün cənab prezident tərəfindən gənclərə və dövlət gənclər siyasətinə göstərilən qayğının nəticəsidir”.
M.Seyidov deyib ki, sözügedən forum heç təsadüfi olmayaraq, BMT, Avropa Şurası, Avropa İttifaqı, UNESCO və bir çox beynəlxalq təşkilatlar, qurumlar tərəfindən birbaşa olaraq Bakıda keçirilir: “Təbii ki, burada bir çox məsələlər və detallar müzakirə olunacaq. Forumda 100-dən çox ölkələrin nümayəndəsi, 700-dən çox gəncin iştirakı təbii ki, Azərbaycan gənclər siyasətinin ən azı bir balaca da olsa qığılcımının, nüansının sabah bütün dünyaya çatdırılması deməkdir. Burada çox böyük faktorlar və məqamlar dayanır. Çox sevindirici haldır ki, belə bir forum Azərbaycanda keçirilir. Həmçinin, çox müsbət məqamdır ki, biz gənclər bu kimi forumların istifadəsindən yararlanır, yaxşı əlaqələr qurur, beynəlxalq təşkilatlar arasında müşahidələr apara bilir, dünyanı narahat edən qlobal problemləri müzakirə edirik. Düşünürəm ki, Azərbaycanda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Gənclər Forumunun keçirilməsi gənclər, gənclər təşkilatları və ümumiyyətlə, dövlət gənclər siyasəti üçün böyük töhfə verəcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info