Azərbaycanla Küveyt İKT sahəsində Texniki Qrup yaratmağı planlaşdırır
Tarix: 30.10.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, iki ölkə arasında səmimi dostluq təməli üzərində qurulan əlaqələrdən söz açan Ə. Abbasov xüsusən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. Küveytin bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını bildirən nazir daha sonra qonaqları rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri ilə tanış edib və gələcək əməkdaşlıq perspektivlərindən danışıb. Küveyt dövlətinin ölkəmizlə intensiv əlaqələrin qurulmasına xüsusi önəm verdiyini deyən küveytli nazir də Azərbaycan-Küveyt münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun dostluq və əməkdaşlıq zəminində inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğulayıb.
Ölkəsinin İKT sahəsində strategiyası və bu sahədə aparılan dövlət siyasəti haqda da ətraflı söhbət açan qonaq əlaqələrin inkişafı baxımından Azərbaycanla Küveyt arasında Texniki Qrupun yaradılması və İKT sektorunda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması fikrini irəli sürüb. Münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini də vurğulayan küveytli nazir “Bakutel” sərgisinə maraq göstərdiklərini qeyd edərək, sayca 20-ci telekommunikasiya sərgisində Küveytin İKT şirkətlərinin təmsil olunması istəyini bildirib və digər maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info