Danimarkada iki ölkənin diaspor rəhbərləri bir araya gəlib
Tarix: 30.10.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyətinin 91-ci ildönümü ilə əlaqədar bu ölkənin Danimarkadakı səfirliyi tərəfindən verilən ziyafətə Azərbaycan diasporunun rəhbərləri də dəvət olunub. Danimarkadakı bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, müxtəlif xalqların diaspor rəhbərləri, türk iş adamları və digər qonaqların qatıldığı tədbirdə Azərbaycanı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və təşkilatın İdarə Heyətinin üzvü Fərqanə İsmayılova təmsil edib.
Azərbaycan diasporunun rəhbərləri Türkiyə Respublikasının Danimarkadakı Fövqəladə və Səlahiyyətli səfiri Mehmet Dönmezi və onun timsalında Türkiyə xalqını Cümhuriyyət günü münasibətilə təbrik edib, səmimi arzularını çatdırıblar. Səfirlə söhbət zamanı Azərbaycan və Türkiyə diasporunun birgə layihələri, xüsusilə də 2015-ci ildə ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdığı qondarma soyqırıma qarşı tədbirlər planı müzakirə edilib. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi səfir Mehmet Dönmezi Azərbaycan diasporunun nümayəndələri ilə görüşmək üçün Kopenhagendəki Azərbaycan Evinə dəvət edib.
Azərbaycan diaspor rəhbəri S. Sadiqi ziyafətdə iştirak edən qonaqlarla ayrı-ayrılıqda söhbət edərək onlara Azərbaycan, onun regionda güclü hərbi və iqtisadi potensiala malik olması, həmçinin, Ermənistanın təcavüzü, Qarabağın işğalı, Azərbaycanın münaqişəni sülh yolu həll etmək niyyəti haqqında məlumat verib.
Ziyafətdə iştirak edən türkdilli xalqların Danimarkadakı cəmiyyətlərinin rəhbərləri diaspor fəaliyyətində əməkdaşlıq, əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
“Vətən” Cəmiyyətinin İdarə Heyətinin üzvü Fərqanə İsmayılova isə tədbirdə iştirak edən türkdilli ölkələrin xanım təmsilçilərini Kopenhagen Azərbaycan Evinə dəvət edib. Türkdilli qadınlar Azərbaycan həqiqətlərini Danimarka ictimaiyyətinə çatdırmaq məqsədilə birgə layihələr həyata keçirmək barədə təkliflər verərək yaxın vaxtlarda onları reallaşdırmağı qərara alıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info