Vladimir Doroxin: “Bakı rus dilini Moskvaya xoş gəlmək üçün dəstəkləmir”
Tarix: 30.10.2014 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda rus dilinə tələbat var. Bu barədə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bəyan edib.
“Azərbaycanda əhalinin böyük hissəsinin rus dilinə sabit, təbii marağı var”, - deyə rus diplomat cümə axşamı Bakı Slavyan Universitetində Azərbaycandan və Gürcüstandan olan həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfransda vurğulayıb.
V.Doroxinin sözlərinə görə, Azərbaycanda rus dili uğrunda mübarizə aparmağa və təbliğ etməyə ehtiyac yoxdur. Azərbaycan rəhbərliyi respublikada həm təhsil, həm də mədəniyyət, informasiya, televiziya sahələrində rus dilinə marağın artması üçün lazımi şərait yaradır.
“Müxtəlif regionlar və dünya ölkələrində bu cür seminarlar keçirən və nəhayət, Azərbaycana gəlib çatan həmvətənlərimiz olan qonaqların qərarını alqışlayıram”, - deyə V.Doroxin bildirib.
Diplomat regional konfransın keçirilməsi ideyasını dəstəkləyən BSU-ya minnətdarlığını bildirib: “Bakı Slavyan Universiteti xüsusi yer tutur, Azərbaycanda rus dilinə olan yaxşı münasibətin simvoluna çevrilib. Və bu barədə hər kəsə, o cümlədən də prezidentlərimizə məlumdur. Bizim prezident BSU-nun fəxri doktorudur. Mən həqiqətən çox ümid edirəm ki, sizin burada çox səmərəli danışıqlarınız olacaq, çünki bunun üçün baza mövcuddur. Azərbaycanda rus dilinin və rus dilində müxtəlif fənlərin tədrisinin unikal təcrübəsi toplanıb”.
Onun sözlərinə görə, Azərbaycanın hər bir vətəndaşı rus dilində təhsil ala bilər: “Bu, Azərbaycanın sabitlik və rifahının əsasını təşkil edən multikulturalizmin çox gözəl nümunəsidir. Rusiya Federasiyasının səfiri kimi Azərbaycanın rus dilinə münasibətinin əlaqələrimizin çox mehriban amili olmasını qeyd etməyə bilmərəm”.
Səfir vurğulayıb ki, Azərbaycanda rus dilinə münasibət ölkə rəhbərliyinin ikidilliliyin əhəmiyyətini anlaması ilə diktə olunub: “Rus dili Bakı tərəfindən Moskvaya xoş gəlmək üçün deyil, bu ölkənin milli maraqlarına cavab verdiyi üçün dəstəklənir. Lakin buna baxmayaraq, bu cür mehriban münasibət, əlbəttə ki, Rusiya və Azərbaycanı yaxınlaşdıran amildir. Elə ölkələr var ki, biz onlarla rus dilinə görə mübahisə edirik, burada isə əksinə, rus dilinə münasibət iki ölkə arasında dostluq və əməkdaşlıq amilidir”.
Qeyd edək ki, Azərbaycandan və Gürcüstandan olan həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfrans iştirakçı ölkələrin vahid informasiya-mədəni məkanının dəstəklənməsinə imkan yaradan effektiv tədbirlər kompleksinin müəyyən edilməsi məqsədi daşıyır. Proqram Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən işlənib hazırlanıb və “Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzi” dövlət unitar müəssisəsi tərəfindən həyata keçirilir. Rus dili mütəxəssisləri iki gün ərzində tədbirdə fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetində rusiyalı ekspertlərin, Azərbaycan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə plenar iclas keçiriləcək.
Konfransda təxminən 100 nəfər iştirak edir, onlardan 9 nəfəri Rusiyanı, 8 nəfəri isə Gürcüstanı təmsil edir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info