AMEA elmi müəssisə və təşkilatları üçün doktoranturaya qəbul imtahanları gələn həftə başa çatacaq
Tarix: 30.10.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları yaxın 1 həftə ərzində yekunlaşacaq.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsa¬biqə əsasında qəbul olunurlar. Onun sözlərinə görə, doktoranturaya qəbul olmaq istəyənlər birinci mərhələdə ixtisas fənnindən, ikinci mərhələdə isə xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər: “Qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. Doktoranturaya qəbul olmaq istəyənlər üçün ixtisas fənnindən imtahanlar yekunlaşıb. İkinci imtahan - xarici dildən və fəlsəfədən imtahanlar isə yaxın günlərdə başlayacaq. Ümumilikdə, doktoranturaya qəbul imtahanları gələn həftənin sonuna kimi hər iki imtahan başa çatacaq”. Qeyd edək ki, doktoranturaya sənədlər sentyabr ayının 30-dək qəbul edilib. Qəbul imtahanları cari ilin oktyabr ayında keçirilib. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxsl¬ərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli mə¬zu¬niyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar, amma yataqxana ilə təmin edilmirlər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar
14.11.2019
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info