Bakıda Türkiyə Cümhuriyyətinin 91 illiyinə həsr olunan mərasim keçirilib
Tarix: 30.10.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Ötən gün Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Türkiyə respublikanın yaradılmasının 91-ci ildönümü qeyd edilir.Bakıda Türkiyə Cümhuriyyətinin “29 Oktyabr – Cümhuriyyət Günü” münasibəti ilə rəsmi ziyafət təşkil olunub.
Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İsmayıl Alper Coşqun çıxışı zamanı cümhuriyyətin 91 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənini işğalçılardan qorumaq naminə apardığı mübarizəyə toxunub.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var. A.Coşqun qeyd edib ki, Türkiyə və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha da inamla addımlayırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin zəruriliyini vurğulayıb: “Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemidir. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır”.
Azərbaycan prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var: “Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir”. Abid Şərifov Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini, bunun da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyini qeyd edib. Yaxın 5-6 ildə Türkiyəyə 20 milyard dollara qədər Azərbaycan investisiyalarının qoyulacağını vurğulayıb. Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.
Ziyafətdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info