TUMİB Bakının Binəqədi rayonunda bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirdi
Tarix: 30.10.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” adlı layihə həyata keçirir. Bu gün layihə çərçivəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qərargahında “təlim” keçirilib. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, İctimai Birliyin idarə heyətinin üzvü layihənin eksperti, jurnalist Seymur Verdizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Qəhramanov, M.E.Rəsulzadə adına bələdiyyənin sədr müavini Ayət Nağıyev və qeyri- hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti uğurla yerinə yetirilir. Ölkəmizin hər guşəsində olduğu kimi, Binəqədi rayonunda da aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var. Natiq layihənin mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd 2014-cü il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə yerli özünüidarəetmədə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi və bələdiyyəyə keçirilən seşkilərdə gənclərin seçki fəallığının artırılmasıdır. Bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdir. Ökəmizdə hər 5 ildən bir yerli idarəetmə orqanları- bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın əksəriyyətini təşkil edən gənclər heç şübhəsiz ki, yerli özünüidarəetmələrin təşkilində fəal rol almaları və fəallığı ilə seçilməlidirlər.
Təlimdə çıxış edən TUMİB-in idarə heyətinin üzvü layihənin eksperti, jurnalist Seymur Verdizadə də bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. S.Verdizadə deyib ki, dünyanın aparıcı ölkələrində dövlət idarəçiliyinə uzanan yol bələdiyyə orqanlarında təmsilçilikdən keçir. Ekspert gəncləri bələdiyyə seçkilərində özlərini sınamağa səsləyib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Qəhramanov isə öz çıxışında vətəndaş cəmiyyətləri tərəfindən bu cür layihələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Daha sonra təlimdə bu günə qədər ki, bələdiyyə təcrübəsindən danışan M.E.Rəsulzadə adına bələdiyyənin sədr müavini Ayət Nağıyev, gənclərlə bağlı qaldırılan məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilməsinin təqdirəlayiq və vacib əhəmiyyət kəsb etdiyini, bunun mühüm bir amil kimi onların ictimai-demokratik fəallığının daha da artmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
Natiqlər cənab İlham Əliyevin gənc nəslin inkişafına, onlara göstərilən dövlət dəstəyinə, bütün gənclərə yaradılan geniş imkanlara görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabr Bələdiyyə seçkilərində də yüksək səviyyədə iştirak edəcək, doğma Vətənimizin tərəqqisi, Bakımızın daha da gözəlləşməsi üçün əzmkarlıqla, məsuliyyətlə çalışacaqlar.
“Təlim” maraqlı və geniş diskussiya şəraitində keçib. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info