“BBCRussian.com”: “Milyarderlər hansı universitetləri bitiriblər?”
Tarix: 30.10.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


"BBCRussian.com" gələcək milyarderlər üçün ən yaxşı universitetlərin siyahısı barədə maraqlı yazı yazıb. Yazıda bildirilir: “Doğrudanmı varlılar daha yaxşı təhsil alır? Yoxsa onlar təhsilə vaxt ayırmağa yox, özlərini tamamən varlandırmağa üstünlük verirlər? Dünyanın müxtəlif ölkələrindən olan milyarderlər arasında keçirilən sorğunun nəticələrinə görə, onların üçdəikisi universitet təhsili alıb. Böyük Britaniyada milyarderlərin təxminən 80 faizi ali təhsil alanlardır. Dünyanın ən varlı adamları barədə sorğu UBS bankı və Sinqapur şirkəti olan “Wealth-X” tərəfindən aparılıb. Öz həyatları barədə fikirləri 2300 nəfərdən çox milyarder bölüşüb. Sorğunun nəticələri “özləri öyrənib-özləri qazanan” adamlar barəsində mifi dağıdıb.
Supervarlı adamların çoxunun ali təhsil almasından başqa, onların dörddəbiri namizədlik dissertasiyası müdafiə edib, hər on nəfərdən biri isə doktorluq dərəcəsi alıb. Alınan məlumatlardan bəlli olub ki, “dollar” milyarderləri ənənəvi olaraq prestijli sayılan universitetləri bitiriblər.
Qeyd edək ki, 20 gələcək fövqəlvarlı universitetdən 16-sı ABŞ-da yerləşir”.

Elit universitetlər

Qeyd edilir ki, bu baxımdan birinci yerdə Pensilvaniya Universiteti dayanır. Onun ardınca isə Harvard, Yel, Cənubi Kaliforniya Universiteti , Kornel və Stenford Universiteti gəlir.
Milyarderərin çoxu maliyyə sektorunda uğura imza atıblar. Xüsusən də bank əməliyyatları və investisiya yatırma bu sahədə öndədir. Amma varlıların yaşadığı coğrafi ərazinin dəyişməsi barədə əlamətlər də yox deyil. Belə ki, Hindistan iqtisadiyyatının nəzərəçarpan inkişafı Mumbai Universitetinin doqquzuncu yerdə dayanması ilə əks oluna bilər.
Siyahıya düşən yeganə Britaniya universiteti isə London İqtisadiyyat Məktəbidir. Siyahıya nə Oksford, nə də Kembric universitetləri düşməyib.
Rusiya oliqarxları sayəsində Moskva Dövlət Universiteti 11-ci yerdə dayanır.

Parlaq ziddiyyətlər

Siyahıya amerikan universitetlərinin başçılıq etməsi amerikanların supervarlılar arasında dominantlıq etməsi anlamına gəlməməlidir. ABŞ-da təhsil alan milyarderlərin dörddəbir hissəsi ora başqa ölkədən təhsil almağa gedənlərdir.
Təhsilə maraq varlıların sonrakı həyatında da özünü göstərir. Milyarderlərin yarıdan çoxu pullarını xeyriyyə məqsədilə sərf edir və bu zaman təhsilə, xüsusən də ali təhsilə vəsait ayırırlar.
Araşdırmaya görə, ən varlı adamlar çox sıx halda yaşayır. Avropalı milyarderlərin 40 faizindən çoxu ümumilikdə, 10 şəhərə sığıblar. Bu şəhərlərin içərisində Moskva və London ən çox milyarder sakinləri olmaları ilə öyünə bilərlər. Milyarderlərin sayına görə dünyanın paytaxtı isə Nyu-Yorkdur.
Hesabatda digər ziddiyyətləri də müşahidə etmək olar. Məsələn, ən çox təhsil almağa imkanı olmayan uşaq Nigeriyada yaşayır, bununla belə, Nigeriya tezliklə Afrikada ən çox milyarderi olan ölkəyə çevrilə bilər.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info