Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş mərasim keçirilib
Tarix: 30.10.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında müstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş toplantı keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimdə yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Ş.Cəfərov 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edib. Gördüyü işlər yubilyarı ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi və qayğıkeş dost kimi tanıdıb. «Onun işinin ustadı kimi xarakterizə edən cəhətlərlə yanaşı, bilik və bacarığını bölüşmək həvəsi də xüsusi vurğulanmalıdır. Lakin Şəddat müəllimi bizim üçün doğmalaşdıran ən başlıca xüsusiyyət daim ictimaiyyətin, jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üstünlük verməsidir. İctimai məzmun daşıyan hekayələri günümüzün reallıqları ilə səsləşən hadisələr əsasında formalaşıb. Ümumən Şəddat Cəfərov ömür yolu örnək kimi qəbul edilən qələm adamlarından, peşə sahiblərindəndir. Bu gün burada Şəddat müəllimin dostları, yaxınları toplaşıb. Elə bilirəm ki, onların hər birinin yubilyar haqqında deyiləcək sözü, bölüşəcək xatirəsi var», - deyən Ə.Amaşov onu da bildirib ki, Ş.Cəfərov həyat və fəaliyyəti təkcə ölkə hüdudlarını aşan ziyalılarımızdandır. Ə.Amaşov həmçinin 75 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərlik etdiyi qurumun dipolmunu təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, respublikanın əməkdar jurnalisti Yusif Kərimov məclisin ömrünü-gününü jurnalistika, mətbuatın inkişafına, ümumən yaradıcılığa həsr etmiş adamlarla bağlı mərasimlərin təşkilinə önəm verdiyini vurğulayıb. Mövcud istiqamətdəki tədbirlərin veteran qələm sahiblərini yeni yaradıcılıq uğurlarına həvəsləndirmək, onların əməyinə dəyər vermək baxımından vacibliyini önə çəkib. O, yubilyarın fəaliyyətinin məxsusi tərəflərinə diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ş.Cəfərovla təmaslarındakı maraqlı məqamları diqqətə çatdırıb, yubilyarı peşəyə bağlılıq nümunəsi kimi xarakterizə edib. Belə adamların daim yada salınmasının, diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından əhəmiyyətinə toxunub.
Çıxış edənlərdən xalq artisti Canəli Əkbərov, yubilyarın dostları Cümşüd İsgəndərov, Sevda Əlibəyli, Şakir Yaqubov, Fatma Həsənqızı, Maarif Teymurov, İsaq Əmənullayev, Oqtay Əliyev, Bəbir Hüseynov, Namazəli Mustafayev, Yasəmən Möhübbətqızı, Mehman Fərzullayev və başqaları Şəddat Cəfərovla bağlı xatirələrini bölüşüblər, onun həyat yolunun spesifik cəhətlərindən söz açıblar.
«Azərbaycan Nəşriyyatı»nın baş direktor müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illər bu qurumdakı fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdim edib.
Mərasimdə Şəddat Cəfərovla bağlı sənədli film də nümayiş olunub.
Qeyd edək ki, Şəddat Cəfərov 1940-cı ildə Bakıda anadan olub. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Azərbaycan" Nəşriyyatında (“Kommunist” Nəşriyyatı) baş direktor müavini vəzifələrində işləyib. 1985-ci ildə Sov. İKP MK-nın göstərişi ilə "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunub və bu müəssisəni ən qabaqcıl mətbəəyə çevirib. 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdıb, mətbuat və informasiya nazirinin köməkçisi vəzifəsində çalışıb. Daha sonra 3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha sonra "Göytürk" mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifələrini tutub. 2002-ci ildən Bakı mətbəəsi ASC-nin direktoru vəzifəsində işləyir. Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov "Vətən" nəşriyyatının direktoru, "Əkinçi" mətbuat cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info