“Türkiyəyə 5 milyard dollar investisiya yatırmışıq”
Tarix: 30.10.2014 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Azərbaycan-Türkiyə biznes forumu keçirildi

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Bakıda “Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirildi. İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə həyata keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrinə - proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam kimi sahələrə aid Türkiyə şirkətləri iştirak ediblər. Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edildi. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 125 nəfərdən çox sahibkarlar iştirak edirdilər. Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu bu gün təşkil olunan forumun iki ölkənin iş adamları arasında mövcud əlaqələrin inkişafına töhfə verəcəyini dedi: “Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır”. İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov dedi ki, iş adamları arasında keçirilən ikitərəfli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, sahibkarlar işgüzar əlaqələrin yeni sahələr üzrə genişlənməsinə təkan verəcək.
S.Məmmədov diqqətə çatdırdı ki, 1995-ci ildən 2013-cü ilə qədər Türkiyə Azərbaycana 1,9 milyard dollar investisiya yatırıb: “2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 milyard dollar investisiya yatırıb. Bu gün qardaş ölkədə 1500-dək Azərbaycan şirkəti fəaliyyət göstərir”. S.Məmmədov Türkiyə şirkətlərinin Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını diqqətə çatdırdı.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib: “Regionun inkişafında Azərbaycanın rolu yüksəkdir. Azərbaycanda sürətli iqtisadi inkişaf böyük maraqla izlənilir”. O, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat verib. Biznes forumda çıxış edən ASK prezidenti Məmməd Musayev Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini bildirdi. M.Musayev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdi.
“Azərbaycanla illik ticarət dövriyyəsi 15-20 milyard dollara çatmalıdır”

Türkiyə səfiri A.Coşkun Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələr barəsində jurnalistlərə açıqlama verdi. O dedi ki, Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi 15-20 mlrd. dollar səviyyəsinə qədər qalxa bilər. Səfir qeyd etdi ki, hər il təşkil edilən biznes-forumlarda bir sıra mühüm qərarlar qəbul edilir: “Bu qərarlarda, iki ölkə arasında həm qarşılıqlı investisiyaların həyata keçirilməsi, həm də ticarət əlaqələrinin hazırkı 4-5 milyard dollarlıq səviyyədən daha yüksək səviyyəyə, yəni illik 15-20 milyard dollar səviyyəsinə çıxarılması kimi hədəflər müəyyənləşdirilib. Eyni zamanda, Azərbaycan və Türkiyə iş adamlarının həyata keçirəcəkləri qarşılıqlı investisiya layihələrindən həm də üçüncü ölkələrin bu layihələrə cəlb edilməsi məsələsi gündəmdədir”. Səfir bildirdi ki, biznes forumda Türkiyədən gələn iş adamları müəyyən sektorlar üzrə azərbaycanlı tərəfdaşları ilə bir çox sahələrdə ikitərəfli danışıqlar aparacaqlar: “Onlar həm də birlikdə, həm də üçüncü dövlətlər üçün hansı sahələrdə əməkdaşlıq edə biləcəklərini müəyyənləşdirəcəklər. Bunlar çox mühüm təşəbbüslərdir. Çünki, iş adamlarının ehtiyac duyduqları bəzi mühüm amillər var. Bunlar siyasi sabitlik, iqtisadi inkişaf üçün mühitin yaradılması və dövlət nümayəndələrinin bunlar üçün siyasi iradə göstərmək bacarıqlarıdır. Həm Türkiyədə, həm də Azərbaycanda iş adamlarını bu məsələdə dəstəkləmək üçün münbit şərait yaranıb. Dünyada iqtisadi böhrana və yaxın bölgələrdə baş verən proseslərə baxmayaraq, Azərbaycan güclü inkişaf yolunda yeni hədəflər müəyyənləşdirərək uğurla addımlayır”.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info