Düşüncələri kamilləşdirəcək nəşr
Tarix: 30.10.2014 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq professor Şahlar Əsgərovun Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı çoxsaylı xidmətlərindən danışıb.
Qeyd olunub ki, “Kamilləşən düşüncə” kitabı xalqın təfəkkür tərzinin formalaşmasında, cəmiyyətin inkişafında insan amilinin, intellekt potensialının başlıca amil olduğunu göstərməklə nəinki dəqiq elmlər, bütövlükdə sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislər üçün də böyük əhəmiyyət kəsb edir. Rektor, bir sıra görüşlər keçirmək, mühazirələr söyləmək üçün Naxçıvan Dövlət Universitetində səfərdə olan professor Şahlar Əsgərovu yeni nəşr münasibətilə təbrik edib, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Universitetin Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Məhəmməd Hacıyev “Dəyərlərin qiymətləndirilməsinin elmi əsasları” mövzulu məruzəsində bildirib ki, professor, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərovun əldə etdiyi elmi nəticələrdən bu gün NASA tərəfindən, Amerika Aeronavika və Astronavika İnstitutunda kosmik tədqiqatlar zamanı geniş istifadə edilir. Şahlar Əsgərov 300-dən çox elmi, 700-ə qədər publisistik məqalənin, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir. Şahlar müəllimin ictimai elmlər sahəsində apardığı gərgin axtarışların bəhrəsi olan, elmi nəticələri ilə seçilən “Keçid dövrünə fəlsəfi baxış”, “Təhsilimiz dünən, bu gün və sabah”, “Düşüncə tərzi”, “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Nəfis şəkildə tərtib olunmuş “Kamilləşən düşüncə” adlı kitabda isə bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyardan yanaşılır. Kitab qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanlmasına xidmət etməklə yanaşı, bəşəriyyətin inkişafı probleminin yeni həlli yollarını irəli sürmək baxımından da əhəmiyyətlidir. Tədbirdə Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Zeynəb Məmmədova çıxış edərək kitabın elmi məziyyətlərindən, praktiki tətbiq sahələrindən danışıblar. Bildirilib ki, yeni meyardan çıxış edən müəllif bəzi sosial-iqtisadi göstəriciləri ilk dəfə olaraq cədvəl şəklində deyil, qrafik şəklində təqdim etmişdir. Bəşər tarixi isə şərti olaraq iki dövrə bölünmüşdür. Birinci tarixi dövrdə bütün tarixi proseslərə şəxsi mənafe və instinkt düşüncə əsas təsir göstərdiyi halda, ikinci dövr ictimai mənafe və şüurun qalib gəlməsi ilə səciyyələndirilir. Kitabda kamilləşmənin yolunun məhz idrakdan, özünüdərkdən keçdiyi bir daha təsdiqlənir. Sosial inkişafın konsepsiyasını kompleks şəkildə öyrədən yeni nəşr tərəqqi, texnologiya və elmin vəhdəti, sosial dinamika, idaretmənin açıq cəmiyyət modeli, Allahın varlığının riyazı isbatı ilə bağlı elmi-nəzəri müddəalarla zəngindir. Dünya dövlətlərinin bəzi makroiqtisadi göstəriciləri, dünya universitetlərinin reytinqləri ilə bağlı statistika da maraq doğurur. Sonda müəllif çıxış edərək Naxçıvana dəvət olunmasının, kitabın geniş şəkildə təqdimatının keçirilməsinin ideya müəllifi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova, universitet rəhbərliyinə minnətdarlığını bildirib, muxtar respublika, universitet haqqında yüksək təəssüratlarını bölüşüb, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, mövcüd problemlərin həlli yollarından söhbət açıb.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info