“Onun 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır”
Tarix: 30.10.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasını şərh edib.
R.Musayev bildirib ki, Onilenin belə bir iddia ilə çıxış etməsi absurddur. Onun fikrincə, "Turan" - "Neftçi" matçı həqiqətən də danışılmış idisə, moldovalı hücumçu elə həmin vaxt da deyə bilərdi. Lakin PFL prezidenti keçirdikləri çempionatı nüfuzdan salmağa cəhd edən futbolçuya qarşı heç bir tədbir görməyəcəklərini söyləyib: "Biz nə futbolçuya qarşı, nə də həmin oyunla bağlı araşdırma aparacağıq. Həmin oyunda 30-dək futbolçu çıxış edib. Nə oldu, heç biri demədi ki, danışılmış oyundur, bircə bu dedi? Bir neçə il öncə "Qarabağ" da "Neftçi"ni ilk yarıda 2:0 hesabı ilə udurdu, amma fasilədən sonra 3 qol buraxdı. Yəni, futbolda belə hallar olur. "Neftçi" də "Turan"a 0:2 hesabı ilə yenildiyi qarşılaşmanın fasiləsindən sonra 3 qolla qələbəyə nail olursa, hansı danışılmış oyundan söhbət gedə bilər? Onun 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info