“Rusiya Avropa üzərində hərbi manevrləri artırıb”
Tarix: 30.10.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


"The Wall Street Journal" Rusiyanın Avropa üzərində hərbi manevrlərindən yazıb. Yazıda bildirilir: “Hələ bu il mayın əvvəllərindən NATO rəsmiləri Baltikyanı ölkələrin çağırışına əsasən, bu üç ölkənin hava məkanını qorumaq üçün Polşa, Böyük Britaniya və Danimarka hava qüvvələrinə məxsus 12 təyyarə göndərmişdi.
Lakin Rusiya qırıcıları təkcə Baltikyanı ölkələrin sərhədləri boyu deyil, daha da dərinliklərdə uçuşlar etməyi bu gün də davam etdirməkdədirlər. Bu, Rusiya qırıcıları qarşısında NATO-nun hava qüvvələrinin acizliyidirmi? NATO rəsmiləri bu həftə Rusiya hərbi təyyarələrinin Avropa səmalarında dörd hərbi manevr həyata keçirdiyini iddia edirlər. Bunu hərbi fəaliyyətin yüksək səviyyəliliyi ilə əlaqələndirən alyans nümayəndəsi, eyni zamanda bu fəaliyyətin mülki hava uçuşlarını təhlükə ilə üz-üzə qoya biləcəyini dilə gətirib.
Son iki gün ərzində Rusiya təyyarələri tərəfindən həyata keçirilən bu uçuşlar soyuq müharibə başa çatdıqdan sonra həyata keçirilən nadir hadisələrdən biri kimi dəyərləndirilib. Qeyd edilib ki, Ukrayna böhranı ilə əlaqədar Rusiya ilə NATO arasında yaşanan gərginliyi bu hadisələr daha da artıra bilər. NATO-nun Belçikanın Monse şəhərində yerləşən qərargahında uçuşların Atlantik okeanı, Şimal, Baltik və Qara dəniz üzərində həyata keçirildiyi qeyd edilib. Alyans rəsmisi onu da qeyd edib ki, bütün hallarda Rusiya qırıcıları, bombardmanları və tanker təyyarələri NATO qüvvələri ilə müşayiət olunub.
NATO-ya görə, belə uçuşlar mülki uçuşlar üçün ona görə böyük təhlükə yaradır ki, Rusiya bütün bunları heç bir uçuş planı vermədən və antenn repeaterlərdən istifadə etmədən həyata keçirir.
Bu isə o deməkdir ki, belə məqamlarda mülki dispeçerlər onları aşkar etməkdə çətinlik çəkirlər və çox hallarda isə bu, onların imkanı xaricindədir.
Bununla yanaşı, NATO rəsmisi beynəlxalq hava məkanına daxil olan Rusiya təyyarələrinin NATO ərazilərində uçuşlar etmədiyini etiraf edib.
Qeyd edək ki, Rusiya son illər təlim və hazırlıq məqsədilə öz hava patrul xidmətini xeyli gücləndirib. Bu, etiraf ediləsi reallıqdır. Lakin bütün bunlara rəğmən, NATO-nun hava qüvvələrinin Rusiya ilə müqayisədə “gücsüz” kimi qiymətləndirilməsi də reallıqdan uzaqdır. Bəlkə də məhz buna görədir ki, alyans rəsmisi Rusiya hərbi təyyarələrinə qarşı keçirilən 100-dən artıq əməliyyatın heç bir effekt vermədiyini deyir və ümumiyyətlə, 2013-cü ildən bəri Rusiya təyyarələrinin beynəlxalq məkanda uçuşlarını üç dəfədən çox artırdığını dilə gətirərək konkret misallara istinad edir.
NATO-nun yeni baş katibi Yens Stoltenberq bu yaxınlarda verdiyi açıqlamasında Rusiyanın bu fəaliyyətini "Rusiyanın davranış dəyişiklikləri"nin əlamətləri kimi xarakterizə edib. Stoltenberq NATO-nun şərqdəki üzvlərini sakitliyə dəvət edərək, alyansın hava və dəniz patrul xidmətlərini gücləndməyə çağırıb və bununla yanaşı, NATO-nun hərbi təlimlərinin sayının artırılmasını tövsiyə edib. Daha sonra o, nəzərə çatdırıb ki, hazırda NATO-nun havadakı patrul missiyası ötən illə müqayisədə beş dəfə artırılıb”.
Xatırladaq ki, NATO-nun bu ilin sentyabrında Uelsdə keçirilən sammitində alyans üzvləri Stoltenberqin sözləri ilə desək, “soyuq mübaribə başa çatdıqdan sonra gücləndirilmiş ən böyük kollektiv müdafiə” prosesinə başlamaq haqqında razılığa gəliblər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info