Doroxin: “Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb”
Tarix: 31.10.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində rus dilinə dəstək, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub.
BSU-nun mətbuat xidmətindən verilən xəbərə görə, Moskva hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr Departamenti tərəfindən dəstəklənən tədbirdə ali təhsil müəssisəsinin rektoru Asif Hacıyev rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər, BSU-nun fəaliyyəti haqqında danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dimitriyeviç Doroxin rus dili və ədəbiyyatının inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, rus dilinin istifadəsi üçün Azərbaycanda olduqca münbit şəraitin olduğunu deyib: “Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb və bunun üçün mübarizə aparmağa ehtiyac yoxdur. Çünki bu ölkədə rus dilinin yayılması və dinamik inkişafına kifayət qədər diqqət göstərilir”.
İki gün ərzində elmi-metodiki konfransda rus dilini tədris edən mütəxəssislər fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetinin bazasında rusiyalı ekspertlərin, Azərbaycandan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə BSU-nun Məktəb-Lisey Kompleksində, həmçinin Bakı şəhəri 160 saylı Klassik Gimnaziyada bölmə iclasları keçiriləcək. Bölmə iclasları çərçivəsində rus dilinin tədrisində yeni texnologiyaların istifadəsi, rus dili və ədəbiyyatının tədrisi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanılması məsələləri üzrə çıxışlar, diskussiyalar və prezentasiyalar planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
11.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
09.11.2019
Paytaxtda 3 mağaza cərimə olundu
08.11.2019
Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb
08.11.2019
238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info