Azərbaycandan Pakistana humanitar yardım
Tarix: 31.10.2014 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına, hökumətinə və AİDA-ya dərin minnətdarlığını bildirib. O, cari ilin 23 oktyabr tarixində AİDA tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini bildirib. Vurğulanıb ki, bu aksiya Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot, Canq rayonları həmçinin Cammu və Kəşmirin paytaxtı Müzəffərabad və Bağ bölgəsini əhatə edib. Bay-tul-Malın fəaliyyəti haqqında məlumatlar verən Abid Vahid Şeyx, Azərbaycanın 2012-ci ildən başlayaraq başçılıq etdiyi təşkilat ilə sıx əməkdaşlıq etdiyini də qeyd edib.
Mərasimdə çıxış edən səfiri Daşqın Şikarov Azərbaycan-Pakistan arasında yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb. Bildirilib ki AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra etmiş və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilib.
Təbii fəlakətdən zərər çəkmiş insanlar adından çıxış edən bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışıb, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından zərərçəkmiş insanlara qida paketləri paylanıb.
Taxt Hazarada keçirilən humanitar sonra Kot-Momin qəsəbəsi və Bhera şəhərlərində də davam etdirilib, həmin yerlərdə də təbii fəlakətdən zərər çəkmiş insanlara yardımlar paylanılıb.
Qeyd olunub ki, AİDA tərəfindən edilmiş humanitar yardım qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib və yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...
27.11.2020
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib – VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info