Azərbaycan və Dağıstan “Böyük İpək Yolu“ ilə bağlı əməkdaşlığı genişləndirəcək
Tarix: 31.10.2014 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


MDB ölkələri və Çinin beynəlxalq tarixi-mədəniyyət layihəsi “Böyük İpək Yolu”nun reallaşdırılması çərçivəsində Dağıstan və Azərbaycanın ikitərəfli etnik mədəni marşrutlarının hazırlanması üzrə birgə beynəlxalq layihələrin inkişafı məsələləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində işçi görüşdə müzakirə olunub. Bunu “Daqestan RİA" agentliyinə Dağıstanın Turizm Komitəsi sədrinin müavini Muslimat Xalimbekova bildirib.
O deyib: “Məlum olduğu kimi, “Böyük İpək Yolu” dünya sivilizasiyası tarixində ən böyük nailiyyətlərdən biridir. Asiya və Avropanın karvan yollarının şaxələnmiş şəbəkələri Çindən Aralıq Dənizinə qədər uzanırdı, yalnız qədim və orta əsrlər dövründə ticarət əlaqələrinin əhəmiyyətli vasitəsi kimi xidmət etmirdi, həm də həmin ölkələrin xalqlarını sülh və əməkdaşlıq cəhdində birləşdirmiş Şərq və Qərb arasında mədəni-iqtisadi körpü idi. İpək yolu keçdiyi ölkələrin siyasi, iqtisadi və mədəni quruculuğunun formalaşmasına böyük təsir göstərib. Onun bütün marşrutu boyu iri və kiçik ticarət şəhərləri və məskənləri yaranırdı. Görüşdə ikitərəfli turizm marşrutlarının keçidinin mümkün sxemi, marşrutun pasportlaşdırılması üzrə ekspert işçi qrupun yaradılması, layihənin yol xəritəsinin yaradılmasının ehtimal olunan müddət və mərhələləri müzakirə olundu”.
M.Xalimbekovanın sözlərinə görə, Dağıstanın Turizm Komitəsi Rusiya Dövlət Turizm və Servis Universiteti ilə birgə “Böyük İpək Yolu”nun tarixi və coğrafi dəhlizi çərçivəsində “Böyük İpək Yolunun Şərqi Xəzər dənizi yolları” regional turizm marşrutunu hazırlayacaq. Bu marşrut federal əhəmiyyətli abidələr və YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmiş tarix, mədəniyyət, memarlıq abidələri, obyektləri də əhatə edir.
O qeyd edib ki, Azərbaycanda “Böyük İpək Yolu”nun üzərində yerləşən qədim yaşayış məntəqələrindən - Bakı, Şamaxı, Basqal, Lahıc, Qəbələ, Şəki və başqalarından keçən turizm marşrutlarının inkişafı üzrə zəngin təcrübə toplanıb. Görüşdə bu marşrutların Dağıstandan keçməklə Rusiya istiqamətində inkişaf etdirilməsinin vacibliyi barədə fikir ifadə olunub. Qeyd edilib ki, buraya Xaçmaz, Nabran, Qusar və digərləri daxil ola bilər. Marşrutun Dağıstan hissəsi Dərbənd, Kubaçi (Dahadayev rayonu), Mahaçqala şəhərindən keçəcək.
M.Xalimbekovanın sözlərinə görə, Azərbaycan tərəfi marşrutun hazırlanmış sxemini 5-6 noyabrda Dağıstanın Turizm Komitəsinə göndərəcək: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri - Turizm Departamentinin rəhbəri Aydın İsmiyev və turizmin inkişafı sektorunun müdiri Malik Qəhrəmanov 1858-ci ildə Qafqaza səyahət etmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın Dağıstana səfəri marşrutu üzrə birgə turizm marşrutunu hazırlamağı təklif etdilər: Xasavyurt – Andrey-aul (Endirey) – Çiryurt – Kumtorqala (Kapçuqay və Kafırkumuxdan yan keçməklə) – Temirxan-Şura- Paraul – Gelli – Qarabudaqkənd – Karanay – İşqartı istehkamı– Cenqutay – Paraul – Geli– Qarabudaqkənd – Dərbənd. Layihənin reallaşdırılması işinə təxminən 2015-ci ilin birinci yarısında başlanacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info