Biləsuvar sərhəd-keçid məntəqəsində sərnişin terminalının açılışı olub
Tarix: 31.10.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni sərnişin terminalının açılışı olub. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, açılış mərasimində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, İranın yol və şəhərsalma nazirinin müavini Davud Keşavərzian, İranın Biləsuvar şəhərinin icra hakimiyyəti nümayəndələri, İran parlamentinin üzvləri, Azərbaycanın və İranın Ərdəbil əyalətinin rəsmiləri iştirak ediblər.
İRNA-nın verdiyi xəbərə görə, İranın yol və şəhərsalma nazirinin müavini Davud Keşavərzian Biləsuvarda yeni terminalın açılış mərasimində çıxışı zamanı bildirib ki, terminalın inşasına 4,5 milyon dollar sərmayə yatırılıb.
Onun sözlərinə görə, hazırda İranda 24 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir: “Həmin məntəqələrdən ildə orta hesabla 12 milyon ton məhsul ötürülür və 15 milyondan çox sərnişin gediş-gəliş edir”.
Davud Keşavərzian bildirib ki, İran dünyanın bütün ölkələri, xüsusilə qonşu ölkələrlə əlaqələri inkişaf etdirməkdə maraqlıdır: "İran 7 ölkə ilə həmsərhəddir, elə buna görə də tranzit üçün çox əlverişli şəraitə malikdir. İldə 135 min yük maşını İran və Azərbaycan arasında gediş-gəliş edir. Onlardan 50 mini Biləsuvar sərhəd-keçid məntəqəsindən istifadə edir”.
Nazir müavini deyib ki, Biləsuvar sərhəd-keçid məntəqəsi ölkənin ən fəal buraxılış məntəqələrindəndir. Statistikaya əsasən, ildə bir milyon sərnişin Biləsuvar sərhəd-keçid məntəqəsindən gediş-gəliş edir.
Onun sözlərinə görə, İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır: “Ümid edirik ki, Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminalın istifadəyə verilməsi ilə Azərbaycan vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq və asanlaşacaq".
Qeyd edək ki, Azərbaycanla İran arasında fəaliyyət göstərən Biləsuvar sərhəd-keçid məntəqəsinin yaxın vaxtlarda 24 saatlıq iş rejiminə keçməsi üçün hazırlıq işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info