T.Rzayev:“Qadınlar bələdiyyələrə üzv seçilməkdən qorxmamalıdırlar”
Tarix: 31.10.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“Bələdiyyələr 15 ildə uğurlar qazanıblarsa, bu, çox yaxşı haldır. Ancaq hamı durub bələdiyyələrin nöqsanlarından danışır. Nöqsandan danışmaq, nəzəriyyə söyləmək asandır, iş görməyə kömək etmək isə çox çətindir”. Bunu USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. O bildirib ki, xarici ölkələrdə bələdiyyələrin 150-200 illik təcrübələri var və geniş maliyyə imkanları mövcuddur. T. Rzayev qadınların bələdiyyələrin işində aktiv iştirak etməsinin tərəfdarı olduğunu söyləyib: “Bələdiyyə seçkiləri zamanı regionlarda olduq. Bir çox qadınlar, gənclər bələdiyyələrə seçildilər. Lakin bir neçə ay keçdi, hətta mənim yaşadığım rayonda qadın bələdiyyə sədri istefa vermək istədiyini bildirdi. Biz o qadınları istefa verməməyə çağırdıq, kömək etdik, icra qurumları da kömək etdi və qadınlar bələdiyyələrdə fəaliyyətlərini davam etdirdilər. Qadınlar bələdiyyələrə üzv seçilməkdən qorxmamalıdırlar”.
T. Rzayev qeyd edib ki, hazırda ən böyük nöqsan bələdiyyələrlə bağlı əhalidə düzgün təsəvvürün olmamasıdır: “Bir çox vətəndaşlar bələdiyyələrə vergilər ödəmirsə, bələdiyyə fəaliyyətini necə qura bilər? Bununla belə, bələdiyyələrin gələcəyinə nikbin baxmaq lazımdır. Bəziləri deyirlər ki, bələdiyyələrə ehtiyac yoxdur. Lakin Azərbaycan demokratik ölkədir, yerli özünüidarəetmə vacibdir. Necə ola bilər ki, vətəndaşlar müəyyən problemlərin həllini üzərinə götürməsinlər? Biz bələdiyyələri hörmətdən salmağa yox, nüfuzunu qaldırmağa çalışmalıyıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info