S.Qəhrəmanova: “Bələdiyyələrin nəzdində qadın, uşaq şöbələri olmalıdır”
Tarix: 31.10.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“Son bələdiyyə seçkilərində bələdiyyə sədrləri seçilən bir çox xanımlar çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün istefa verdi”. Bunu USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib. O deyib ki, qadını qadın olduğuna görə yox, qabiliyyət və bacarığına görə irəli çəkmək lazımdır: “Qadındır, bacarmadı” ifadəsindən uzaq olmalıyıq. Bacaran qadını irəli çəkmək lazımdır”.
S.Qəhrəmanova qadın liderliyinə nail olmaqda qadınların həmrəylinin vaxib olduğunu vurğulayıb: “Ancaq ən əsas dəstək kişilərdən olmalıdır. Bir məqamı deyim. Tutaq ki, kişi bələdiyyə sədridir, bələdiyyənin üzvünə deyir ki, sən gəlmə, get eevdə yeməyini bişir, biz işləri görəcəyik. Bu, düzgün yanaşma deyil”.
Dövlət Komitəsinin sədr müavini bələdiyyələrin icra qurumlarının işlərinin müəyyən hissəsini öz üzərinə götürməyə hazır olub-olmadıqlarının da müəyyən suallar doğurduğunu qeyd edib: “Artıq bələdiyyələr humanitar məsələlərin həllinə hazır olmalıdırlar. Məsələ, 70 il əvvəl də, bu gün də qızların təhsildən yayınmasından danışırıq. Problem aşağıdan, insanların içərindən başlayır. Bələdiyyələr də insanlarla işləyir. Bir kəndin problemi nədən ibarətdir? Qızlar erkən ərə gedir, təhsildən yayınır və s. Bu gün cəmiyyətimizdə qızlar hicaba bürünüb gəlməməli, işığa doğru getməlidir. Niyə bəzi dini sektalar insanlara təsir edir, biz kənarda qalmışıq? Bələdiyyələrin nəzdində qadın, uşaq şöbələri olmalıdır. Bələdiyyələr bu istiqamətdə mütəxəssisləri həmin şöbəyə cəlb etməli, bu problemlər və onların həlli yolları araşdırılmalıdır”.
S.Qəhrəmanova bildirib ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rayon İcra hakimiyyətləri başçılarının müavinlərinin qarşısında çıxışı zamanı gender bərabərliyi, erkən nikahla bağlı qanunvericilikdəki məsələlərdən danışıb: “Ancaq bir çox icra başçılarının müavinləri qanunvericilikdəki bu məsələlərdən xəbərsiz olduqlarını bildiriblər. Bələdiyyələr bu işləri öyrənməlidir. Əgər icra hakimiyyətlərində humanitar şöbənin işçisi deyirsə icra hakimiyyətində o qədər işlər var ki, bu işlərlə məşğul olmağa vaxtları yoxdur, bu, düzgün deyil”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info