Bruk Ayşam: “Qadın liderlər nə qədər çox olsa, Azərbaycan bundan yalnız fayda əldə edəcək”
Tarix: 31.10.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Beynəlxalq İnkişaf Agentliyi - USAİD-in maliyyələşdirdiyi “Qadın iştirakçılığı proqramı” çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan millət vəkili Məlahət Həsənova USAİD-in proqramının qərar qəbuletmə proseslərinə daha çox qadının cəlb edilməsi üzrə ictimai məlumatlandırma səylərini təqdir edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının əhəmiyyətini qeyd edib və 2009-cu il bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin 4 faizdən 27 faizə yüksəlməsini yüksək qiymətləndirib.
USAİD-in Azərbaycandakı missiyasının rəhbəri Bruk Ayşam deyib ki, USAİD qadınların liderlik potensialını artırmaqla daha dayanıqlı və ədalətli inkişafa nail olmağın mümkünlüyünə inanır: “Bir çox ölkələrdə qadınların siyasi iştirakçılıqda gender boşluğu görünməkdədir. Azərbaycanda da artıq bu sahədə vəziyyəti dəyişdirməyin vaxtı çatıb. Bu gün qadınlarla kişiləri eyni masada görmək mənim üçün çox xoşdur. USAİD də bu məsələyə çox diqqətlə yanaşır. ABŞ prezidenti Barak Obama keçən il çıxışında deyib ki, nə qədər uğurlu qadın varsa, o qədər inkişafa nail olmaq olar. Azərbaycanda qadın liderlər nə qədər çox olsa, Azərbaycan bundan yalnız fayda əldə edəcək”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov mövzu ətrafında çıxış edərək Azərbaycanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi ilə bağlı fikirlərini bölüşüblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info