Vergidən yayınma hallarına qarşı mübarizə gücləndirilir
Tarix: 31.10.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bərdə rayonunun Zümürxaç kənd sakini, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan Bayramov Fərrux Teymur oğlu (VÖEN: 4000286482) vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozaraq, respublikanın müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən ümumilikdə, külli miqdar təşkil edən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, F.Bayramov 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarlar Xəlilov Asif Vahid oğlunun, Nuruyev Arzu Neymət oğlunun, Orucov Cəmaləddin İbrahim oğlunun və Orucov Orxan Cəmaləddin oğlunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, onların adından Azərbaycan Respublikası ərazisində müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alnmasını və həmin məhsulların Rusiya Federasiyasına ixrac olunmasını təşkil etmişdir. Bu zaman o, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ümumilikdə külli miqdar təşkil edən 733 min 769 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Qeyd olunan hərəkətlərlə F.Bayramovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi müəyyənləşdirilərək o, 22 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.
Təqsirləndirilən F.Bayramovun törətdiyi cinayətin xarakterini, azadlıqda qalarsa cinayət prosesini araşdıran orqandan gizlənə, istintaqın gedişinə mane ola biləcəyini və təkrar cinayət törədə biləcəyini nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə 24 oktyabr 2014-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı F.Bayramov təqsirləndirilən şəxs qismində dindirilmiş, onun imza xətt nümunələri götürülmüş, ekspertizalar keçirilmiş, şahidlər dindirilmişdir. Hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ödətdirilməsi, istintaqın yekunlaşdırılıb işin məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info