Vasif Talıbov təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb
Tarix: 31.10.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.
Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin döyüş fəaliyyəti xeyli yüksəldilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Tabor mərkəzində şəxsi heyətlə görüşən Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: “Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz tərəfindən hərbçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılmış, bölmələrin maddi-texniki təchizatı artırılmışdır. Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir”.
Ali Məclisin Sədri qeyd edib ki, insanın şəxsiyyət kimi formalaşmasında hərbi xidmət vacib amildir. Çünki hərbi xidməti uğurla başa vuran hər bir Azərbaycan gənci gələcəkdə ölkəmizin inkişafına da öz töhfəsini verəcəkdir. Bu gün Azərbaycan ordusunda yaradılan şərait xidmətin nümunəvi təşkilinə və torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik yaradır.
Zabitlərdən Natiq Musayev və Elşən Orucov şəxsi heyət adından minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Vətən torpaqlarının etibarlı müdafiəsinə şərait yaradıb. Xalq-dövlət-ordu birliyi hərbi qulluqçuların vətənpərvərlik hisslərini daha da artırır, xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir. Soyuq bölgəsində xidmət edən hər bir əsgər və zabit onlar üçün yaradılan şəraiti ölkəmizdə ordu quruculuğunun nəticəsi kimi dəyərləndirir, torpaqlarımızın müdafiəsini etibarlı təşkil edirlər.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, tabor mərkəzində yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, tabor mərkəzində yenidən qurulan yataqxana, yeməkxana, anbarlar və digər xidməti binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsi lazımi dərman vasitələri ilə təchiz edilib. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir. Baxış zamanı şəxsi heyətin vaxtlı-vaxtında müayinə olunmasının vacibliyi bildirilib, tibbi xidmətin təşkilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.
İdeoloji otaqda hərb elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb, hərbi və bədii kitablar qoyulub, müxtəlif məlumat stendləri asılıb. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Tabor mərkəzinin anbarına baxış zamanı məlumat verilib ki, burada 8 aylıq ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.
Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.
Sonra Ali Məclisin Sədri bölük dayaq məntəqəsinə gəlib, hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri Soyuq bölgəsində dəfələrlə olduğunu bildirərək deyib ki, hər bir ölkənin mövcudluğu onun sərhədlərindən başlanır. Döyüş bölgəsindəki şəxsi heyət qarşısında yalnız bir xidməti vəzifə durur: bu da Vətən torpaqlarının və sərhədlərimizin etibarlı qorunmasıdır. Lakin çətin dağlıq şəraitdə hərbi xidmətdə olan hər bir əsgər və zabit unutmamalıdır ki, o, yalnız sərhədlərimizin deyil, həm də ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Soyuq bölgəsində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması da yaradılan şəraitin və xidmətin düzgün təşkilinin nəticəsidir. Qarşılıqlı hörmət və dostluq münasibətlərinin yaradılması üçün “hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipi şəxsi heyətin xidməti fəaliyyətinin əsasını təşkil etməlidir.
Vətən torpaqlarının qorunmasında əsgərlərə mərdlik və mübarizlik arzulayan Ali Məclisin Sədri muxtar respublikanın çətin dağlıq şəraitində yerləşən hərbi hissələrinin bundan sonra da diqqət mərkəzində olacağını bildirib.
Əsgərlərdən Rövşən İmaməliyev, Əli Zeynalzadə və digərləri qeyd ediblər ki, Ali Məclis Sədrinin muxtar respublikanın çətin dağlıq ərazilərində xidmət edən hərbi qulluqçularla görüşü şəxsi heyətin mübarizə əzmini, vətənpərvərlik hisslərini daha da artırır. Bu gün dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən şəxsi heyət xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Sonra Ali Məclisin Sədri bölüyün əhatə etdiyi postlarda olub.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində döyüş tapşırığının yerinə yetirilməsi, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti və hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti haqqında məlumat verib.
Qeyd olunub ki, muxtar respublikanın strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik əsgər və zabitlərimiz xidmət edir. Şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Postlar arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və postlar müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar isə ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir.
Bildirilib ki, Soyuq bölgəsində yeni xidməti və yaşayış binalarının inşası da nəzərdə tutulub. Aparılan tikinti işlərindən sonra xidmətin daha səmərəli təşkili təmin olunacaq, şəxsi heyətin məişət şəraiti xeyli yaxşılaşdırılacaq.
Ali Məclisin Sədri binaların yerləşəcəyi ərazilərə baxıb, tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.
Müşahidə məntəqəsinə baxış zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılma qaydaları və şəxsi heyətlə keçirilən təlimlər barədə məlumat verilib. Ön xətdə mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, onların müdafiə qüdrəti xeyli gücləndirilib, postlar arasında əlaqə yolları çəkilib, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülüb.
Ali Məclisin Sədri təmas xəttində yerləşən hərbi birləşmələrdə bundan sonra da döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info