Gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib
Tarix: 31.10.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) və “Coca-Cola” şirkətinin Azərbaycanda birgə həyata keçirdiyi “Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib.
“Youth Inc.” Proqramı DVC tərəfindən “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, Coca-Cola Şirkəti və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyidir. Coca-Colanın əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. Coca-Cola öz resurslarından yerli icmaların inkişafına investisiya qoyur. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.
ATV telekanalında yayımlanan “İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilmiş ilk təlimdə 30-a yaxın gənc sahibkar iştirak edib. İştirakçılar biznes ideyanın təqdim olunması, layihələndirilməsi və başqa mövzular ətrafında bilik və bacarıqlara yiyələniblər.
Təlimin iştirakçısı Ramin Səmədov həyata keçirilən təlimin gənc sahibkarlara fayda verdiyini və müsabiqədə uğurlu nəticələr əldə etmək üçün bir vasitə olduğunu vurğulayıb.
Təlimin digər iştirakçısı Təbrizə Quliyeva isə təlimdən sonra sahibkarlıq fəaliyyəti haqqında yeni biliklər əldə etdiyini bildirib, həmçinin, müsabiqədə iştirakında bu biliklərdən istifadə edəcəyini və müsabiqədən uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.
Proqram çərçivəsində növbəti təlimlər 1-2 noyabr tarixlərində təşkil olunacaq. “İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar təlimlərin təşkili üzrə məsul şəxs – Günay Əzizova (youthinc@dvc.az, (+994 12) 441-16-27) ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, “İdeya Qazandı” televiziya müsabiqəsi Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən tərəfdaşları ilə birgə həyata keçirilən biznes formatlı ilk televiziya verilişidir.
DVC(“Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı «Youth Inc»in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı
22.11.2020
ÜST-dən qorxunc açıqlama – Üçüncü dalğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info