QHT-media əlaqələrinin gücləndirilməsi müzakirə edilib
Tarix: 31.10.2014 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Milli QHT Forumu (MQF) "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirə keçirib. İclasda çıxış edən MQF-nin prezidenti Rauf Zeyni layihə haqda geniş məlumat verib: “Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələr çərçivəsində üçüncü görüşümüzü keçiririk”. Bu dəfə “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunun müzakirə olunacağını deyən R. Zeyni qeyd edib ki, bu illər ərzində media və QHT-lər daima əməkdaşlıq edib: “QHT-lərin həyata keçirdiyi tədbirlər mediada çox geniş işıqlandırılıb. Biz həmişə medianın diqqətini hiss etmişik".
Forumun prezidenti bildirib ki, ötən il QHT-lərin inkişafı üçün 67 milyon manat vəsait ayrılıb: "Həmin vəsaitin 44 milyonu Azərbaycan dövləti tərəfindən, 23 milyonu isə beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantlardır. Görünən odur ki, Azərbaycan dövlətinin ayırdığı maliyyə beynəlxalq təşkilatların ayırdığı maliyyədən 2 dəfə çoxdur. Bu da Azərbaycan dövlətinin Vətəndaş Cəmiyyətinə olan diqqətin göstəricisidir".
Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
O bildirib ki, QHT-lə media arasında münasibətin daha da inkişaf etməsi üçün müəyyən bir sistemləşmə olmalıdır: "Dövlətin QHT-lərə münasibətində bir sistemlilik yarandı. QHT-lərə Dövlət Dəstəyi Şurası müxtəlif istiqamətlər üzrə QHT-lərin layihələrini maliyyələşdirir. O cümlədən Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri QHT-lərin layihələrinə qrant ayrılması prosesinə də cəlb etməyə başlayıb və bu da təqdirəlayiq haldır. Əminəm ki, bundan sonra da QHT-lərlə media arasında sıx əməkdaşlıq davam edəcək. Cəmiyyətdə mövcud olan problemlərin QHT-lər və media vasitəsilə həlli, eyni
zamanda QHT-lərin özlərinin problemlərinin aradan qaldırılması yönündə daha böyük işlər görüləcək".
Tədbirdə həmçinin MQF informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasovun "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu" mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu bu ilin mart ayından etibarən "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili" layihəsini icra edir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info