Elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb
Tarix: 31.10.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Bu il 10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasında baş tutmuş tədbiri festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, əvvəlcə festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şouları və muzeylərə ekskursiyalar nəzərdə tutulur. Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək. Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq.
Sonra Bakı Elm Festivalının təşkilində köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin layihənin sponsorları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in nümayəndələri çıxış edib. Festivalın əhəmiyyəti və hazırlıq işləri müsbət qiymətləndirilib.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info