Marşrut problemi nə vaxt bitəcək?
Tarix: 31.10.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


İlkin Ağayev | ilkinagayev@gmail.com

Bakıdakı bir sıra marşrutların bərbad gündə fəaliyyəti göz qabağındadır. Bu barədə nə qədər yazılsa da, xeyri yoxdur, müvafiq qurumun etinasızlığı, işi düzgün qura bilməməsi və bacarıqsızlığı ucbatından avtobus sürücülərinin sərnişinlərə qarşı sözün həqiqi mənasında terror cəhdləri davam edir - Yüksək sürətlə sürmə, elə bu sürətlə qəflətən yolu dönmə, bir-birilərilə əsl yarışa girmə, yol hərəkəti qaydalarını "kombayncasına" pozma, bir əli telefonda, digəri siqaretdə olmaqla, sükanı əlsiz "idarəetmə" və sair…
Bir neçə gün öncə "20-ci sahə" dairəsində 88 saylı marşruta nəzarət edən dispeçerlə avtobus sürücüsünün çox bərk mübahisə etməsi (Əslində bir-birilərini kobudca təhqir edirdilər) də diqqətimi cəlb etdi.Yeri düşmüşkən, xatırladım ki, "Jurnalistlər evi"ndə yaşayan qonşular hər gün bir kilometr yol (Bəlkə də daha artıq) piyada gedərək, həmin dairədə avtobus gözləməli olurlar. Həmin bina sakinlərinin marşrut məsələsinin həlli ilə bağlı ötən ildən bəri müzakirə aparılsa da, Nəqliyyat Nazirliyi hələ də buna əncam çəkməyib. Xülasə, burada təkcə jurnalistlərin marağından yox, ümumiyyətlə, ictimai maraqlardan çıxış edərək, deyim ki, həmin dairədə sözügedən mübahisə, 88 saylı marşrutun sürücüsünün hərəkətlərini bir daha qeyd etməyə məni vadar etdi. Əlqərəz, iş o yerə gətirib ki, avtobus sürücüsü özü “imana” gəlib dispeçerə deyirdi: “Ay Əlibaba, sənin kimi dispeçeri olan sürücülər utandıqlarından yerə girirlər, adam arasında deyə bilmirik ki, biz avtobus sürücüsü işləyirik. Apardığım insanlar yazıq deyilmi, onları evdə gözləyənlər var!”. Əlibaba da durub dodağının altından sərnişinlərin və sürücünün ünvanına yağlı söyüş söydü. Kiminsə eşidib-eşitmədiyini bilmək üçün, hər ehtimala qarşı bir ətrafa da boylandı. Sonra hər ikisi tutaşdılar… Digərləri ayırmaq üçün aralarına girdi, həngamə qopdu…
Sən demə, Əlibaba əlindəki saniyəölçəni ilə sürücüləri bir-birinə vurur, tələsdirirmiş, həmçinin arxadakı sürücünün öndəkini keçməsinə şərait yaradır, göz yumurmuş… Buna görə də onunla tutaşan sürücü az qala, qəzaya uğrayacaqmış…
… 88 saylı marşrutun sürücülərinin axşam həmin dairəyə çatmasına az qalmış, birdən özlərini diskotekada hiss etmələri, musiqiyə səsgücləndiricidən istifadə edərək tam gücü ilə “xod” vermələri adi hala çevrilib. Bir dəfə həmin sürücülərdən birinə yaxınlaşaraq sakitcə dedim ki, “səs çox yüksəkdir, qulaq tutulur, bəlkə azaldasan? “ Tərs-tərs məni süzərək, “diplomatik” tərzdə dedi: “Sən canın, yatıb-çıxmış adamam, bir daha ora düşmək istəmirəm, qanqaraçılıq eləmə…” Görəsən, bu sürücüləri işə götürəndə, heç olmasa, “hansı yuvanın quşu olduqlarını” araşdırırlarmı?...
Yaxud başqa bir “88” bu yaxınlarda az qala, “120” sürətilə gedərkən, birdən elə əyləci basdı ki, avtobusda olan dörd nəfər gənc xarici turist qorxularından az qaldılar ki, ölələr… Onlar ispanca deyinə-deyinə dərhal növbəti dayanacaqda avtobusu tərk etdilər…
Başqa bir qoşa “vosmyorka” isə o gün sürətlə maşınları şütüyüb keçərək, zəng edib, digər sürücüyə öyünə-öyünə deyirdi: “Əşşi, sən qoyunsan ee..., üç maşın keçmişəm, hələ neçəsini də keçəcəm!”. Mənası budur ki, sürətlə, ağına-bozuna baxmadan sürməklə, özündən növbədə öndə olan üç avtobusu arxada qoyub. Bununla daha çox qazandığı ilə öyünürmüş… Niyə belə etdiyini soruşanda isə belə dedi: “Bizdən belə tələb edirlər. Plan verməliyik!”…
Bu gün isə iş yoldaşım deyir ki, “vosmyorka”lanan marşrutun sürücüsü, Bayraq Meydanı tərəfdə yolların bağlanmasından sui-istifadə edib, gediş haqqını 40 qəpikdən tələb edib. Özü də deyib ki, bu, “qanuni”dir. Yeri gəlmişkən, deyim, dünən həmin “vosmyorka”lar qaş qaralan kimi, yolu yarımçıq sürməyə başladılar, belə “əsas” gətirdilər ki, “yol bağlıdır”…
Bu də sənə plan!
Nəqliyyatın İdarəetmə Mərkəzinin fəaliyyəti və “əlibabalar“la iş aparması nəticəsində hər gün kütləvi sayda vətəndaş – valideyn, məktəbli stress keçirir, qəza riskinə uğrayır, həyatlarına təhlükə yaranır və hətta avtobus qəzasına düşüb, həyatlarını itirənlərin sayı gündən-günə artır…
Bu da sənə plan….!




 
Müəllifin son yazıları

28.10.2014 Yeni media və internetin elmi baxımdan öyrənilməsinə ciddi ehtiyac var
03.09.2014 Sosiallaşmadan siyasiləşmənin ixtisaslaşmada nəticəsi: “PALTOLOQ“lar
14.08.2014 “Facebook” kimləri öz əsirinə çevirib?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info