Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir
Tarix: 31.10.2014 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbələri pedaqoji təcrübədə olduqları Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir keçiriblər.
Əvvəlcə məktəbin foyesində maarifçi və şair Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığından bəhs edən kitab və qəzetlərin sərgisi nümayiş olunub.
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Salayeva böyük ədibin həyat və fəaliyyətindən danışıb. Direktor, həmçinin tələbələrin pedaqoji təcrübənin gedişi zamanı göstərdikləri fəallıqdan, hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi formalaşmasındakı rolundan danışaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə bildirib ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də yaratdığı əsərlər, elm öyrətməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin Sərəncam muxtar respublikanın ziyalıları tərəfindən görkəmli şəxsiyyətlərimizə, ədib və şairlərimizə, onların fəaliyyətinə və yaradıcılığına verilən qiymət kimi dəyərləndirilir. Prorektor, bu baxımdan tələbələrin mövza ilə bağlı hazırladıqları tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Universitetin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov çıxış edərək bildiriblər ki, maarifçi şair M.T.Sidqi tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun yaradıcılığında ədəbi-fəlsəfi məsələlər də öz əksini tapıb.
Sonda Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Məhəmməd Tağı Sidqinin şeirləri bədii qiraət olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info