Əli Abbasov Qobustanda vətəndaşları qəbul edib
Tarix: 31.10.2014 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin operativ surətdə araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov oktyabrın 31-də Qobustanda İsmayıllı, Göyçay, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı təmin olunub, habelə müraciətlərin operativ araşdırılması və həll edilməsi məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.
Vətəndaşlar əsasən bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb və onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər qeydiyyata alınıb və müvafiq strukturlara göndərilib.
Vətəndaşlar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər.
Qəbuldan sonra nazir Əli Abbasov KİV-lərə verdiyi müsahibəsində vətəndaşları maraqlandıran və narahat edən məsələlərdən bəhs edib, ən ucqar kəndlərdə belə sakinlərə keyfiyyətli internet və digər rabitə xidmətlərindən istifadə imkanları yaratmaq üçün intensiv iş aparıldığını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info