Bilik Fondundan müəllim və tələbələrə yeni çağırış
Tarix: 31.10.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müəllim və tələbələri əhali arasında elmi-texniki biliklərin artırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə çağırıb. Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, O.Səmədov bu cağırışla Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Bilik Fondunun təqdimat mərasimində çıxış edib. AzTU-nun rektoru, professor Havar Məmmədov Bilik Fondunun icraçı direktoru O.Səmədovla söhbətində Prezident İlham Əliyevin fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi ilə belə bir fondun yaradılmasını alqışladığını bildirib.
Rektor rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin Bilik Fondu ilə birdə səmərəli layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu vurğulayıb.
O.Səmədov qurumun fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə bağlı iştirakçılara geniş informasiya verib. Fondun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda əhalinin maarifləndirilməsində, gənclərin texniki və humanitar sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.
Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mətasimində Fondun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info