“Ermənistan əhalisinin sayı 3,2 min nəfər azalıb”
Tarix: 01.11.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Ermənistan əhalisinin oktyabr ayının 1-nə olan sayı ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb. “Nyusarmenia.ru” saytı bu haqda Ermənistan Milli Statistika Xidmətinə istinadən məlumat yayıb. Ermənistanda oktyabr ayının 1-nə olan məlumata əsasən, daimi yaşayan əhali sayı 3013,9 min nəfərdir. Bu rəqəm 2011-ci ildə keçirilmiş siyahıyalmaya əsaslanır. Bu əhalinin 1918,9 min nəfəri şəhərlərdə, 1095 min nəfəri isə kəndlərdə yaşayır.
Qeyd edilən dövrdə əhalinin sayının azalması miqrasiya saldosunun (13,6 min nəfər) təbii artım saldosunu (10,4 min nəfər) üstələməsi ilə bağlıdır. Əhalinin orta yaş həddi 35,7 ildir. Bu kişilər arasında 34, qadınlar arasında isə 37,3 yaş təşkil edir. 2014-cü ilin qeyd edilən dövrü ərzində doğulan uşaqların sayı 31 610 nəfər təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölüm halları 4,5 faiz artıb. Yəni, cari ilin geridə qalan ayları ərzində 21 min 208 nəfər ölüb. Ona görə də əhalinin təbii artımı 10 402 nəfər təşkil edib. Sərhəd idarəsinin elektron məlumat sistemində yer alan rəqəmlərə əsasən ölkədən gedən-gələnlərin ümumi sayı 4131,1 min nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu say 3668,4 nəfər olub. Ölkəyə daxil olanların sayı 2 milyon 13 min 480 nəfər olduğu halda, gedənlərin sayı 2 milyon 117 min 670 nəfər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə gedənlərin sayında 12,1 faizlik artım qeydə alınıb. Cari ilin geridə qalan ayları ərzində Ermənistana gələnlərlə gedənlər arasında 104 min 190 nəfər fərq yaranır. Qeyd edək ki, daimi əhali sayının 9 ay ərzində 3,2 min nəfər azalması sadəcə rəsmi rəqəmdir. Reallıqda isə əhalinin sayındakı azalma bundan qat-qat çoxdur. Elə bir neçə gün əvvəl açıqlanan rəqəmlərə əsasən ilin 9 ayı ərzində 10 min nəfər Rusiya vətəndaşlığına keçib. Sərhəd xidmətinin rəsmi elektron məlumat bazasında yer alan rəqəmlərdə Statistika Xidmətinin rəqəmlərini təkzib edir. 9 ay ərzində Ermənistanı tərk edənlərin 104 min nəfərinin geri gəlməməsi əhalinin sayının 3,2 min nəfərdən qat-qat çox azaldığını təsdiqləyir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info