“Əsas fəaliyyətimiz Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir araya gətirməkdir”
Tarix: 01.11.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Kamilə Bayramova:“Xaricdə yaşayan Azərbaycan gəncləri kifayət qədər həmrəydirlər”

Rusiya Federasiyasındakı azərbaycanlı gənclərin fəaliyyəti özünü daha qabarıq göstərir. Buradakı gənclərimiz fərdi, eləcə də diaspor təşkilatları daxilində müxtəlif layihələr həyata keçirirlər. Müsahibimiz Kamilə Bayramova da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində diaspor fəaliyyəti ilə seçilir. Kamilə xanım Sankt-Peterburqda Azərbaycanlı Gənclər Birliyinin İvanov əyaləti üzrə rəhbəridir.

- Mən 2 ildir Peterburqda yaşayıram. Vətənimi çox sevirəm və bütün istirahət vaxtımı Azərbaycan Gənclər Birliyinə həsr edirəm. İlk olaraq müxtəlif fəaliyyətlərdə iştirak etmişdim. Bir az sonra təşkilatın Beynəlxalq Əlaqələr Departamentinin rəisi oldum. Ondan sonra təşkilatın İvanov əyaləti üzrə rəhbəri təyin olundum.
- Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyi hansı işlər görür?
- Bizim təşkilatın əsas fəaliyyəti Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir araya gətirməkdir. Məqsədimiz soydaşlarımızın dəstəyi ilə, milli ənənələrimiz və mədəniyyətimizi qoruyub saxlamaq, həmrəyliyi möhkəmləndirmək, eyni zamanda Rusiya və Azərbaycan dövlətləri arasında əməkdaşlığı inkişaf etdirməkdir.
- Xaricdəki azərbaycanlı gənclərin birliyi və həmrəyliyini necə dəyərləndirirsiniz?
- Xaricdə yaşayan Azərbaycan gəncləri kifayət qədər həmrəydirlər. Məsələn, Respublika Günü münasibəti ilə Sankt-Peterburqda konsert təşkil edildi. “Biz bir olaq” adlı video layihə təqdim edildi. Bu videonun məqsədi “fərqli ölkələrdə yaşayan Azərbaycan gənclərinin gücü birlikdədir” ideyasını nümayişə etmək və bunu heç vaxt unutmamaqdır. Bizim video haqqındakı müraciətimizə bir çox ölkələrdə, eləcə də Rusiyanın bir çox şəhərlərində yaşayan gənclərimiz dəstək verdi. Demək olar ki, dünyanın hər yerində yaşayan və təhsil alan azərbaycanlı tələbələrin təbriki bu video-çarxda cəmlənib. Bu video-çarx sosial şəbəkələrdə, “YouTube”da yayılıb və 10 mindən artıq insan tərəfindən izlənilib.
- Rusiyadakı azərbaycanlı gənclərin aktivliyi hansı səviyyədədir?
- Rusiyada demək olar ki, hər bir şəhərdə azərbaycanlı gənclər təşkilatları var. Biz onların çoxu ilə əməkdaşlıq edir, təcrübələrimizi bölüşür və tədbirlər keçiririk.
- Sankt-Peterburqda Azərbaycanın təbliği istiqamətində hansı işlər görürsüz?
- Biz Sankt-Peterburqda və onun hüdudları xaricində Azərbaycanın kifayət qədər geniş tanınmasına çalışırıq. Mədəniyyətimizlə insanları tanış edirik, bizim tariximizdən, ənənələrdən və adətlərdən danışırıq. Burada “Çinar” rəqs ansamblı var. 15 ildən artıqdır ki, Mirzəyeva Xeyrənisə bu rəqs ansamblına müvəffəqiyyətlə rəhbərlik edir. “Çinar” bütün şəhər tədbirlərində çıxış edir. Bizim milli rəqslərimiz və musiqimizlə insanları tanış edir. Həmçinin bizim öz futbol komandamız var, biz imkan daxilində bütün şəhər idman tədbirlərində iştirak edirik. Hər il biz xeyriyyə konsertini keçiririk, hansı ki, biletlər pulsuzdur. Konsertdə “Çinar” və bizim istedadlı uşaqlarımız, Azərbaycanın ulduzları, həmçinin Sankt-Peterburq şəhərinin yaradıcılıq kollektivləri çıxış edir. Bundan başqa bizdə “Həftəsonu” məktəbləri fəaliyyət göstərir. Məktəbdə bütün dərslər pulsuz keçirilir.
Bu il biz şəhər velosiped yarışında iştirak etdik. 9 mindən çox insan iştirak edirdi. İnsanlar Azərbaycanın bayrağını görüb bizə yaxınlaşıb tanış olur və Azərbaycandan danışmağımız istəyirdilər. Biz də sevə-sevə onlara Azərbaycan haqqında məlumat verirdik. May ayında Xalqların Dostluğu Konfransa keçirildi. Orada biz Azərbaycanı təqdim etdik. Bizim Vətənimizə həsr edilmiş sərgi böyük maraqla qarşılandı.
Bütün bunlarla yanaşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı dəyirmi masalar, konfranslar keçiririk.
- Sizin Azərbaycanın və eləcə də digər xalqların milli geyimlərinə marağınız necədir?
- Mən həmişə müxtəlif ölkələrin milli geyimləri ilə maraqlanıram. Məncə, milli geyimlər vasitəsilə çox-çox ölkə haqqında anlamaq olar. Həmişə qadınlar özünü bəzəməyi sevirlər və bunu bütün mümkün üsullarla edirlər. Əlbəttə, geyim istənilən cəmiyyətdə böyük rol oynayır. Nə vaxt ki, mənim əllərimdə hər hansı ölkənin milli geyimi məlum olur, məndə dərhal onu ölçmək arzusu yaranır. Azərbaycan milli geyimləri mənim kolleksiyamın əsasını təşkil edir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info