AFFA Prosineçki ilə danışıqları təsdiqlədi
Tarix: 01.11.2014 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb”
AFFA Azərbaybaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar aparması ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq.
“Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır” - deyə açıqlamada bildirilir. Qeyd edək ki, Xorvatiya mətbuatı yazıb ki, AFFA Robert Prosineçki ilə razılığa gəlib. Bir neçə gün əvvəl Parisdə AFFA nümayəndələri ilə xorvatiyalı mütəxəssis millidə çalışmaq təklifini müsbət cavablandırıb. Xorvatiya mətbuatı R.Prosineçkinin noyabrın 4-ü millimizlə rəsmən müqavilə imzalayacağını iddia edib. Prosineçkinin yaxınları da onun millimizdə çalışacağını təsdiqləyib. Prosineçkinin Azərbaycanda bir ilinə üç milyon dollar alacağı da bildirilib.
45 yaşlı mütəxəssisə millimizlə yanaşı, Türkiyənin "Konyaspor" klubu da təklif göndərib. Ancaq o, Türkiyə təmsilçisinin təklifini rədd edib. Qeyd edək ki, R.Prosineçki məşqçi karyerası ərzində Xorvatiya millisində, "Srvena Zvezda" və "Kayserispor" klublarında işləyib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info