Şahin Məmmədov gənc əsgərlərlə görüşüb
Tarix: 03.11.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub.
Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, hərbi hissədə gənc əsgərlərlə görüşən Daxili Qoşunların komandanı qeyd edib ki, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin yüksək olmasına hər zaman diqqət yetirir. Bu gün Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bütün hərbi hissələrdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var.
Ölkə rəhbərinin fikirlərini əsgərlərin xidmətinə verilən ən yüksək dəyər kimi diqqətə çatdıran general-mayor Ş.Məmmədov əminliklə bildirib ki, bu gün gənc əsgər kimi Daxili Qoşunların sıralarına daxil olan hərbi qulluqçular xidmət dövründə öyrəndikləri hərbi bilikləri, qazandıqları təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəldəcək, Vətənə layiqli övlad olacaqlar. Ş.Məmmədov əsgər həyatının özünəməxsus çətinliklərindən bəhs edib: «Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək, xalqımızın və Silahlı Qüvvələrin Ali Baş Komandanının etimadını doğruldacaq».

Çıxışdan sonra gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq oktyabrın 30-da Azərbaycanın müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu başa çatıb. Sərəncamdan irəli gələn tələblər daxili işlər nazirinin və Daxili Qoşunlar Komandanlığının ciddi nəzarəti altında həyata keçirilib. Daxili Qoşunlar komandanının müvafiq tapşırığına əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və təlim-tədrisinin təşkili prosesində iştirak edən və bu sahəyə cavabdeh vəzifəli şəxslər tərəfindən müvafiq tədbirlərin yerinə yetirilməsi təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info