Londondakı turizm sərgisində erməni təxribatının qarşısının alınması üçün addımlar atılıb
Tarix: 03.11.2014 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Londonda 3-6 noyabr tarixlərində keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti qarşısında Azərbaycan səfirliyi tərəfindən məsələ qaldırılıb.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Böyük Britaniya-Azərbaycan parlament qrupunun üzvləri də bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar.
“Reed Exhibitions” şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib.
Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti ilə iş davam etdirilməkdədir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info