Rusiya Donetsk və Luqanskdakı seçkiləri tanıdı
Tarix: 03.11.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Noyabrın 2-də Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində parlament seçkiləri keçirilib.
Artıq rəsmi Moskva bu seçkiləri tanıyıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Rusiya qondarma Donetsk və Luqansk xalq respublikaları sakinlərinin seçiminə hörmətlə yanaşır.
“İndi ən vacib məsələ Ukrayna mərkəzi hakimiyyəti ilə Donbas nümayəndələri arasında dialoqun qurulmasıdır. Biz beynəlxalq tərəfdaşlarımızla Ukraynadakı vəziyyətin nizamlanmasına yardım etməyə hazırıq”, -deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
ABŞ isə bu seçkiləri tanımadığını bəyan edib. Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib ki, Vaşinqton qondarma Donetsk və Luqansk xalq respublikalarında keçirilən seçkiləri tanımayacaq.
“ABŞ dünya birliyini bu qondarma respublikalarında keçirilən seçkiləri tanımamağa çağırır. Bu cür seçkilər Ukrayna konstitusiyasına və sentyabrın 5-də Minskdə imzalanan razılaşmaya ziddir. Biz yenidən Rusiya və onu dəstəkləyən separatçıları Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə fikrini tamamlayıb.
Öz növbəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini bəyan edib ki, Avropa İttifaqı Ukraynanın şərqində keçirilən seçkiləri tanımayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info