Böyük Britaniya və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir
Tarix: 03.11.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Böyük Britaniya və Azərbaycanın ali təhsil müəssisələrinin əməkdaşlığına dair noyabrın 3-də təşkil olunan tədbirdə iki ölkə universitetləri arasındakı mövcud əməkdaşlıq əlaqələrindən söz açılıb. Tədbir Böyük Britaniyanın “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub.
Tədbirdə təşkilatın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Elizabet Vayt bildirib ki, məqsəd Böyük Britaniya və Azərbaycanın 20 ali təhsil müəssisəsinin nümayəndələrini bir araya gətirərək ortaq maraqların müzakirəsi və mümkün əməkdaşlıq əlaqələrinin qurulması üçün imkan yaratmaqdır.
Böyük Britaniya və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması “British Council” Azərbaycan təşkilatının əsas prioritet istiqamətlərindəndir. Bu əməkdaşlıq tələbə-mübadilə proqramları, ikili dərəcə proqramları, müəllim təlimi, kurrikulumun inkişafı və digər sahələrdə gələcək əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar açacaq.
Sonra Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssisi İlham Hümbətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 550-ə yaxın tələbə Böyük Birtaniyada təhsil alır.
Sonda iştirakçı universitetlərin təmsilçiləri arasında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info