Gənclərimiz Azərbaycanı Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə təmsil edib
Tarix: 03.11.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Azərbaycan Könüllük Xidməti” Proqramının iştirakçıları və üzv təşkilatlarının fəallarından ibarət nümayəndə heyəti Azərbaycanı Bolqarıstanda keçirilən “Könüllülük- Uğura Aparan Yol” adlı beynəlxalq tədbirdə təmsil edib. ARGTMŞ-nın tərəfdaşı olan Bolqarıstanın “Alternativ İnternational” təşkilatı tərəfindən “Erasmus Plus” Proqramı çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Bolqarıstan, Gürcüstan, Makedoniya, Cexiya Respublikası və Rumınıya təmsil olunub.
Tədbirin məqsədi tədbirdə təmsil olunan ölkələrin iştirakçıları arasında konüllülüklə bağlı təcrübə mübadiləsinin aparılması və gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ilə məşğulluğunun artırılmasının yeni modellərinin formalaşdırılmasıdır. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Tədbirdə könüllülük mövzusunda seminarlar, təlimlər və işçi qruplar təşkil olunub. İştirakçı ölkələrdə könüllülük və gənclərin məşğulluğunun artırılması sahəsində görülən işlər üçün təqdimat mərasimi həyata keçirilib. Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı həyata keçirilən işlərlə bağlı keçirilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və “Azərbaycan Könüllülük Xidməti” Proqramı bu sahədə uğurlu bir model kimi qəbul olunub. Azərbaycan həmçinin tədbirin son günündə keçirilən mədəniyyət gecəsində də uğurla təmsil olunub. Azərbaycanın qədim, milli rəqsləri, mətbəxi, musiqiləri və geyimləri, eləcə də Azərbaycanın cari inkişafını əks etdirən video-çarxlar iştirakçıların nəzərinə çatdırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info