Təhsil müəssisələrində debatlar keçirilib
Tarix: 03.11.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


DVC (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi) tərəfindən təşkil olunan “Respublika Gənclər Debat Forumu – Payız 2014” çərçivəsində Bakı, Gəncə və Şəki şəhərlərinin təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib. Tədbirlərdə sözü gedən şəhərlərdə yaşayan və təhsil alan 500-ə yaxın gənc iştirak edib.
Bakı şəhərində DVC-nin dəstəyi ilə ali təhsil müəssisələrinin Debat Klubları, Gəncə şəhərində isə Gəncə Regional Debat Mərkəzi və “Odlar Yurdu” İctimai Birliyinin təşkilatçılığı Debat Forumları təşkil olunub. Forumlar zamanı iştirakçılar müxtəlif mövzular üzrə Azərbaycanda və dünyada baş verən hadisələr ətrafında araşdırmalar aparıb, bilik və bacarıqlarını artırıb daha sonra komandalar şəklində müzakirələr müzakirələr ediblər. Forum zamanı ən yüksək nəticə göstərən komandalar və ən yaxşı natiqlər təltif olunublar. Tədbirlər müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetində həyata keçirilib. Həmçinin, Azərbaycan Tibb Universiteti Debat Klubunun 2014 – 2015 - ci il üzrə fəaliyyəti açıq elan olunub.
Şəki şəhərində DVC-nin və Şəki şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, Şəki Regional Debat Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün Debat təlimlərinə start verilib. Təlimlər zamanı iştirakçılara natiqlik sənəti, tənqidi və kreativ təfəkkür, arqumentləşdirmə, komanda işi və başqa mövzularda bilik, bacarıq və dəyərlər aşılanıb.
Xatırladaq ki, “Respublika Gənclər Debat Forumu – Payız 2014” DVC tərəfindən tərəfdaşları və regional nümayəndəlikləri ilə birlikdə həyata keçirilir. Forum çərçivəsində Azərbaycanın müxtəlif iqtisadi rayonlarının ali və natamam ali təhsil müəssisələrində təhsil alan gənclər təlimləndiriləcək, həyata keçirilən daxili və ya regional Debat Forumlarında iştirak edəcək. Tədbirlər zamanı yüksək nəticə göstərən natiqlər, Respublika “Gənclər Debat Forumu – Payız 2014”-in yekun Forumunda iştirak imkanı əldə edəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info