“Azərbaycanın yüksəlməsi həm də Türkiyənin yüksəlməsidir”
Tarix: 03.11.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində "Azərbaycan-Türkiyə münasibətlərində siyasi təhlükəsizlik aspektləri" mövzusunda dəyirmi masa keçirilib.
Konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul isə ikitərəfli əlaqələri 4 istiqamətdə dəyərləndirib: "Ölkələrimiz arasındakı əlaqələr qızıl dövrünü yaşayır. Buna misal kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi səfərini Bakıya etməsini çəkmək olar. Səfər ənənəvi xarakter daşısa da, bunun xüsusi əhəmiyyəti var. Eyni zamanda əlaqələr strateji baxımdan da yüksələn xətt üzrə inkişaf edir".
Ə. Usul Azərbaycan və Türkiyənin ən çətin zamanlarda bir-birlərinə dayaq olduqlarını qeyd edib: "Azərbaycanın yüksəlməsi həm də Türkiyənin yüksəlməsidir. Təbii ki, mövcud inkişafla kifayətlənmək olmaz. Belə ki, münasibətlərin daha da inkişaf etməsi üçün strateji hədəfləri müəyyənləşdirmək lazımdır".
Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov isə çıxışı zamanı bildirib ki, ölkələrimizin qədim tarixə söykənən münasibətləri mövcuddur: "Ən çətin zamanlarda daim bir-birimizin yanında olmuşuq. Azərbaycanın regionda güclü dövlət olması Türkiyənin dünya siyasətində nüfuzunun artmasına öz töhfəsini verir".
Dağlıq Qarabağ probleminə toxunan T. Qurbanov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, eləcə də bəzi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin işğalçı Ermənistan tərəfindən hələ də icra olunmadığını vurğulayıb. T. Qurbanov Türkiyənin bu məsələdə ədalətli mövqe sərgilədiyini yüksək dəyərləndirib.
Daha sonra dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib.
Qeyd edək ki, Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri Qəbələ şəhərində "Azərbaycan-Türkiyə münasibətləri: imkanlar və çağırışlar" mövzusunda dəyirmi masada da iştirak edəcəklər. Sonra qonaqlar Ağdama səfər edəcək. "Türkiyə həftəsi" noyabrın 5-də mətbuat konfransı ilə yekunlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info