Tairbek Sarpaşev Bakıda keçiriləcək forumda iştirak edəcək
Tarix: 03.11.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Qırğızıstan baş nazirinin birinci müavini Tairbek Sarpaşevlə görüşüb. Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdə baş tutan görüşdə 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib. Görüşdə T. Sarpaşev Bakının artıq üçüncü dəfə ev sahibliyi edəcəyi Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini qeyd edib. T.Sarpaşev forumda dünya miqyasında nüfuzlu siyasi liderlərin iştirakının və müzakirə edilən qlobal əhəmiyyətli məsələlərin tədbirin önəmini daha da artırdığını vurğulayıb. Rövşən Muradov isə öz növbəsində Tairbek Sarpaşevi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıya dəvət edib. T.Sarpaşev dəvəti məmnuniyyətlə qəbul edərək 2015-ci ilin aprel ayında aidiyyatı qurumların rəhbərlərinin də daxil olduğu nümayəndə heyəti ilə foruma qatılacağını bildirib. Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info