Tovuzun Əyyublu kəndinin su problemi var
Tarix: 03.11.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Bizim kəndin bələdiyyəsi ölkənin ən bacarıqlı bələdiyyələrində biridir”. Bu fikri Tovuz rayonu Əyyublu kənd sakinləri bələdiyyə seçkilərinə həsr olunmuş görüşdə səsləndiriblər. İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin təşkil etdiyi görüşdə bələdiyyə seçkilərinə hazırlıq, bu qurumların əhəmiyyətindən və digər məsələlərdən söz açılıb.
Görüşdə iştirak edən Əyyublu kənd bələdiyyəsi sədrinin müavini Cəlal Əhmədov rəhbərlik etdiyi qurumun gördüyü işlər, üzləşdiyi problemlər haqqında danışıb. Onun sözlərinə görə, kəndin 12 minə yaxın əhalisi var, bələdiyyə daim onların müraciətlərinin həllinə çalışır: “Bələdiyyələr əhali ilə sıx işləyir, hər dərdlərinə şərik olmağa çalışırıq. İcra nümayəndəsi ilə də əməkdaşlığımız var. Sadəcə bəzən edilən müraciətləri həyata keçirməyə maliyyə vəsaiti və səlahiyyətimiz çatmır”.
Görüşdə qeyd olunub ki, yaxın vaxtlarda Mili Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxılacaq və müvafiq qərarın qəbul edilməsi, bu şəbəkənin daha aktiv işləməsinə təkan verəcək.
Əyyublu kənd sakinləri bələdiyyənin görə biləcəyi işlər sırasında ən əsas artezian su quyusunun vacibliyini önə çəkiblər. Əsasən əkinçiliklə dolanan əyyublular suvarma suyunun olmamasının çox ciddi problem yaratdığını vurğulayıblar. Bələdiyyənin həm də zibilyığan maşına ehtiyacı olduğunu açıqlayıblar. Digər məsələ isə Əyyublu kəndində əkilən kartof məhsulunu məhv edən kəpənək xəstəliyi ilə bağlı olub. Kənd sakinləri bu məsələdə dövlət səviyyəsində yardımın zəruri olduğunu bildiriblər.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə balı görüş İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin icra etdiyi “Bələdiyyə seçkiləri “ layihəsi çərçivəsində təşkil olunur. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. 3 ay davam edən layihə boyunca ölkənin bir sıra bölgələrində seçkilərlə bağlı maarifləndirmə görüşləri, təlimlər keçirilib, bukletlər nəşr olunub.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info