340 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib
Tarix: 03.11.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində aparılan işlərin nəticəsi olaraq, bu ilin ötən dövründə 340 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 250 nəfəri ƏƏSMN-nin Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s. peşələr üzrə peşə təlimi keçiblər. Təlim müddətində onların dövlət hesabına yataqxana, yemək, kommunal və tibbi xidmətlə təminatı da həyata keçirilib. Kursları bitirən gənclərdən 100 nəfərinə peşə şəhadətnamələri, digərlərinə peşə kurslarını bitirmələri barədə arayışlar verilib.
Qeyd olunan şəxslərdən 90 nəfəri isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilib. Onların gözdən əlilliyi olan 60 nəfəri üçün brayl sistemi üzrə peşə təlimi aparılıb. Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin qısa müddətdə məşğulluqlarının təmin olunması istiqamətində müvafiq işlər görülüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info