Azərbaycanda biliklər iqtisadiyyatı formalaşdırılır
Tarix: 03.11.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Faiq Məmmədov |

Kimya üzrə fəlsəfə doktoru, dosent

Son zamanlar dünyada elm və təhsil məsələlərinə önəm verilir. Avropa Birliyinin inkişaf etmiş və etməkdə olan ölkələr üçün təsdiq etdiyi strategiyada qarşıya qoyduğu 5 məqsəddən 3-ü elm və təhsillə bağlıdır. Söhbət elm və təhsilə ayrılan vəsaitlərin ÜDM-in 3 faizindən az olmaması, ümumtəhsil müəssisəsini başa vuran məzunların sayının 40 faizdən və ali məktəbə qəbul olunanların sayının 10 faizdən çox olmasından gedir. Bu istiqamətdə Azərbaycanda da ciddi işlərə və uğurlu nəticələrə nail olunduğunu nəzərə alsaq, birmənalı demək olar ki, Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, hələ XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Həqiqətən, qısa müddət ərzində respublikamızda orta məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri şəbəkəsi qurulub fəaliyyət göstərir. Bu gün bu fəaliyyətin daha səmərəli təşkil olunmasına dövlət güclü dəstək verir. Eyni zamanda Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsi böyük uğurla reallaşdırılır.
Unutmayaq ki, bu gün elmi-texniki sferada yüksək nailiyyətlərin əldə olunması, müasir informasiya texnologiyalarının insanların intellektual fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi informasiya cəmiyyətinin bərqərar olunmasında, insanların həyat səviyyəsinin yüksəldilməsində başlıca şərtdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Azərbaycanın qara qızılının yüksək intellektli insan resurslarına çevrilməsi prosesinin həyata keçirilməsi” ideyası da bu məqsədə xidmət edən amildir. Yeri gəlmişkən, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”ndan irəli gələn məsələlər ölkə ictimaiyyəti, xüsusən də alimlərimizin qarşısında konkret vəzifələr qoyub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülüb və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaq.
Konsepsiyada nəzərdə tutulur ki, uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli və qlobal xüsusiyyətlər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək. Elmi infrastruktur təkmilləşdiriləcək, maddi-texniki baza müasirləşdiriləcək. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək. Hesab olunur ki, Azərbaycanda biliklər iqtisadiyyatının formalaşması dövlətin prioritet istiqamətlərindən olduğu üçün ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində biliklər iqtisadiyyatının bərqərar olmasında böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnmək zəruridir. Rəqabətədavamlı strateji resurs kimi artıq dünyada bilik istehsal edən müəssisələr geniş yayılıb, bilik istehsalının bir neçə konsepsiyası, məktəb, və təlimləri mövcuddur. İnformasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət etməsi reallıqdır. Təcrübə göstərir ki, bir qayda olaraq iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla, hər zaman elmə əsaslanan innovativ inkişafı dövlət quruculuğu prosesinin mühüm təminatı kimi dəyərləndirən dövlətlər milli tərəqqiyə nail olurlar. Ölkənin intellektual potensialının gücləndirilməsi Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biridir. Dövlət başçısı tərəfindən təhsilin və elmin strateji istiqamətlər və dövlət siyasətinin ən mühüm məsələsi kimi bəyan edilməsi, ardıcıl quruculuq işləri bu gün öz konkret nəticələrini verməkdədir. Hazırda əqli əməyə yönümlü cəmiyyətə keçid elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirib. Bu gün respublikamızda innovativ mühitin formalaşması və bu prosesin getdikcə inkişaf edəcəyi göz önündədir. Ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları respublikamızda biliyin ön plana keçməsi, əmək fəaliyyətinin daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Bu istiqamətdə hər birimiz, xüsusilə də gənc alimlərimiz öz töhfələrini verəcək.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info