Gəncədə forum keçirilib
Tarix: 03.11.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Gəncə Nümayəndəliyinin və Turan İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şagird Məktəb Parlamenti 2013-2014-cü il tədris ilinin hesabat iclası, eyni zamanda Gəncə şagirdlərinin I forumu təşkil olunub.
Forumda Gəncənin 20 orta məktəbindən 250 nəfər şagird iştirak edib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Təhsil İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Gəncə Nümayəndəliyinin, Milli Elimlər Akademiyasının Gəncə bölməsinin, Turan İnkişaf Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Parlamentin hesabat dövründə gördüyü işlər haqda Turan İnkişaf Mərkəzinin rəhbəri Teymur Əliyevin hesabatı dinlənilib. Daha sonra çıxış edən natiqlər, ölkədə, o cümlədən Gəncədə şagirdlərə yaradılan şəraitdən, onların inkişafına olan dəstəkdən söz açıblar.
Ümumilikdə Şagird Parlamentini yaratmaqda əsas məqsəd şagirdlərinin dövlətçilik ruhunda yetişdirilməsi, məktəb dövründən ictimai işlərdə fəallıqlarının və təhsilimizin inkişafında şagirdlərin rolunun artırılmasıdır.
Forumda Azərbaycan-Slavyan Gənclər Assosasiyasının Rusiya Nümayəndəliyinin təbrik məktubu da oxunub. Təbrikdə şagirdlərin Rusiya Federasiyasında “Qış məktəbi”nə dəvəti də vurğulanıb.
Tədbirin yekununda şagirdlər Cənab Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info