A.Əlizadə: “Almaniyadakı azərbaycanlı alimlərin AMEA ilə əməkdaşlığı vacibdir”
Tarix: 03.11.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Berlində səfərdə olan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi etdiyi nümayəndə heyəti Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) azərbaycanlı alim, tələbə və diasporun digər təmsilçiləri ilə görüş keçirib. AAKM-dən verilən məlumata görə, tədbirdə Mərkəzin icraçı direktoru Samira Patzer-İsmailova AMEA-nın nümayəndə heyətinin Almaniyadakı Azərbaycan diasporuna maraq göstərməsinin, diasporun intellektual potensialına yüksək dəyər verməsinin sevindirici olduğunu bildirib. Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə isə Azərbaycan elminin bugünkü durumu, AMEA-nın strukturu, gördüyü işlər, yeni araşdırma, tədqiqat sahələri və gələcək planlar barədə iştirakçılara məlumat verib. O, eyni zamanda elm və təhsilin vəhdətindən danışaraq, Almaniyada yaşayan azərbaycanlı alimlərin və təhsil almaqda olan tələbə-doktorantların Milli Elmlər Akademiyası ilə gələcəkdə daha sıx əməkdaşlıq etməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb.
Akademik Akif Əlizadə çıxışından sonra iştirakçıları maraqlandıran və narahat edən bir sıra sualları cavablandırıb. Canlı diskussiya şəraitində keçən görüşdə tələbə və doktorantlar öz təcrübəsini və gələcək fəaliyyətlərinə dair planlarını paylaşıblar.
Qeyd edək ki, Almaniya səfəri çərçivəsində AMEA nümayəndə heyəti Azərbaycan səfirliyində də Almaniyada yaşayan Azərbaycan mənşəli alimlərlə görüşərək “Azərbaycan–Almaniya ikitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda müzakirələr aparıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info