Karate millimiz Dünya Çempionatına gedir
Tarix: 03.11.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Karate üzrə Azərbaycan milli komandası ilin ən məsul yarışı ərəfəsindədir. Karateçilərimizi Almaniyanın Bremen şəhərində Dünya Çempionatı gözləyir.
Milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Rəhman Hətəmov, köməkçi məşqçi Rəşad Hüseynov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov və kata üzrə böyük məşqçi Vahid Ayvazov “Şəfa” İdman Sağlamlıq Mərkəzində idmançılara son hazırlıqları keçirlər.
Məşqçilər heyəti Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafiz Həsənov (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (84 kq-dan yuxarı), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyevadan (61 kq) ibarət heyətin Dünya Çempionatında iştirak etməsinə üstünlük verib. Rafael Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) zədəli olduqlarından yarışa yollana bilməyəcəklər. İdmançılarımız fərdi çıxışlardan başqa komanda kumite yarışlarına da qatılacaqlar. Bu ilin mayında Finlandiyada komanda yarışlarında Avropa çempionu olan Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, bu dəfə heyətə Pənah Abdullayev və Orxan Heydərli də cəlb edilib.
Beynəlxalq hakimlərimiz də Dünya Çempionatına böyük heyətlə yollanacaqlar. Dünya Çempionatı noyabrın 5-dən 9-dək keçiriləcək.
Yarışdan bir gün əvvəl Dünya Karate Federasiyasının Konqresi və təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info