Ağstafada musiqi və incəsənət mərkəzi tikiləcək
Tarix: 04.11.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Yaxın günlərdə Ağstafa şəhərində yeni musiqi və incəsənət mərkəzinin binasının tikintisinə başlanılacaq. Ağstafa Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mərkəzin tikintisi üçün 1 hektar ərazi ayrılıb.
Ərazidə yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, həmçinin geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması da nəzərdə tutulur. Ağstafa Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda mövcud olan Hüseyn Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbi 1974-cü ildən fəaliyyətə başlayıb və Ağstafa şəhər 1 saylı orta məktəbin yardımçı binasında yerləşir. Binanın qəzalı və şəraitsiz olması yeni binanın tikintisinə ciddi ehtiyac yaradıb. Azərbaycanın görkəmli şairinin adını daşıyan musiqi məktəbində təhsil alan 200 şagirdin sayının 350-yə çatdırması da nəzərdə tutulur. Ud formasında tikiləcək musiqi və incəsənət mərkəzinin gələn ilin may ayında istifadəyə verilməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info