“Soyqırımı” yalanına ermənilərin 2015 hazırlıqları” adlı konfrans
Tarix: 04.11.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Türkiyənin Kayseri şəhərində “Soyqırımı” yalanına ermənilərin 2015 hazırlıqları” adlı konfrans keçirilib.
Kayseri şəhərindəki “Hunat“ Kültür Mərkəzində keçirilən tədbir Azərbaycan Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, ermənişünas alim Qafar Çaxmaqlı tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunan “İşğal və məskunlaşdırma fitnəkarlığı” kitabı təqdim edilib. Konfransda qeyd olunub ki, Qafar Çaxmaqlının yeni çapdan çıxmış kitabı Ermənistan-Azərbaycan münaqişəsi başlanan dövrdən bu günə qədər işğal olunmuş ərazilərə ermənilərin qanunsuz yerləşdirilməsini faktiki materiallarla çatdıran vəsaitdir. Kitabda daha çox erməni mətbuatının materiallarından istifadə olunub. Son illər bu istiqamətdəki fəaliyyətini Türkiyədə davam etdirən Qafar Çaxmaqlının kitabında ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı sübut edilib.
Kitabda vurğulanıb ki, müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrində, ATƏT missiyasının hesabatlarında təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2013-cü ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib.
Konfransın sonunda Qafar Çaxmaqlı kitabını imzalayaraq iştirakçılara təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info